Xəbər lenti
Abituriyent DİM-in səhvinə görə imtahanda iştirak etməyib? - RƏSMİ

İddiaya görə, imtahanda iştirak edəcək abituriyentlərin mobil telefonuna göndərilən xəbərdarlıqda imtahan tarixi 2022-ci il əvəzinə 2021-ci il qeyd olunub.
Kamran Əsədov vurğulayıb ki, bu səbəbdən abituriyent imtahana girə bilməyib. “Dövlət İmtahan Mərkəzi, bizdə 2022-ci ildir. Göndərdiyiniz SMS bildirişdə 2021-ci il qeyd etmisiniz. Bilirsiniz nə olub? Abituriyent elə bilib ki, köhnə mesajdır və imtahanda iştirak etməyib. Abituriyent cavabında 1 rəqəm səhvi edəndə nə olur? Səhv cavablar düzgün cavaba təsir göstərir...” - ekspert qeyd edib.
Məsələ ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin mövqeyini öyrəndik. DİM-dən bildirildi ki, imtahanda iştirak etmək istəyən abituriyentlər əvvəlcədən qeydiyyatdan keçir və 1 həftə-10 gün qalmış DİM-in saytından buraxılış vərəqəsini çap edib imtahana gedir: “Məsələ bu qədər sadədir. SMS buraxılış vərəqəsini vaxtında çap etməyənlər üçün xatırlatma məqsədilə göndərilir və orada da vərəqi çap etmək üçün link yerləşdirilib. Kimlər imtahana getmək istəyir linkə daxil olub buraxılış vərəqəsini çap edir, iştirak etmək istəməyənlər üçün isə bu sadəcə bir bəhanə ola bilər”.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar