Manevr.az xəbər verir ki, bu sözləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.
“Burada cəmiyyətin müxtəlif təbəqələrinin fərqli fikirləri özünü göstərir. Bəziləri deyirlər, çox sadə, rəngi ağ olsun. Dizaynerlər deyirlər ki, formanın üzərində zolaqlar olsun. Çünki dizayn məsələsində loqonun əlavə olunması, buta tikilməsi məhsulun qiymətinin artmasına da səbəb olur. Dizaynerlər çalışırlar ki, hərtərəfli, erqonomik olsun. Mümkün qədər ucuz və xoş görünüşlü forma olsun”.