Xəbər lenti
Nadir İsrafilov: “Məktəbli geyimi ilə bağlı məsələyə birdəfəlik nöqtə qoyulmasına nə mane olur”
Şagirdlərin yeni geyim forması dəsti 3 tədris ili ərzində tətbiq ediləcək - Sonrası nə olacaq...?
“Bu məsələ birinci dəfə deyil ki, gündəmə gəlir və hər dəfə də heç də hamı tərəfindən birmənalı şəkildə qarşılanmır və konkret həllini tapmır. Pandemiya ilə bağlı vəziyyət isə məktəbli forması məsələsini bir az da arxa plana keçirmiş oldu. Manevr.az bildirir ki, bu sözləri açıqlamasında Nadir İsrafilov deyib.
Onun sözlərinə görə əslində, 2020 –ci tədris ilindən ölkə məktəblərində vahid məktəbli forması tətbiq olunmalı idi. Yeni eskizlər belə hazırlanmış və ictimailəşdirilmişdi. Bununla bağlı Təhsil Nazirliyinin müvafiq əmri də var idi. Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə irəli sürərək, layihəni ictimai müzakirəyə belə çıxarmışdı. Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqinə dair müzakirələr də keçirilmişdi. Həmin müzakirələrdə məktəbli forması tikməkdə maraqlı olan bütün tərəflər dinlənilmiş, müxtəlif fikirlər irəli sürülmüşdü. Bu məsələdə maraqlı olan tərəflər 1 ay müddətində məktəbli formalarının hazırlanması üzrə təkliflər paketini təqdim etmələri qərara alınmışdı. Bununla belə heç bir maraqlı tərəfdən təkliflər paketi daxil olmadı. Martın ortalarında isə ölkədə koronavirus pandemiyası başladı və bütün işlər yarımçıq qaldı.
Kiçik bir xatırlatmaq yerinə düşər ki, vahid məktəbli forması sovet dönəmində də olub, müstəqillik əldə etdiyimiz dövrdə də. Belə bir məktəbli formasının bütün məktəblərdə tətbiq oluna biləcəyi barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsində müzakirə olunan “Ümumi təhsil haqqında” qanun layihəsində də, Ümumtəhsil məktəbinin nümunəvi Nizamnaməsində də öz əksini tapmışdı. İndi, məsələyə yeni yanaşma və yeni eskizlər təqdimat ilə yenidən baxılması zərurəti ortaya çıxıb.
Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq etməsi ilə bağlı qərarı sözügedən məsələnin hökumət səviyyəsində diqqət mərkəzində olması və
hazırda istifadədə olan geyim formalarının 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə biləcəyi ilə bağlı hazırlıq işlərinə müəyyən möhlət verilməsi baxımından faydalıdır. Təhsilalanların geyim forması ilə valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən təmin edilməsi, bu Sənədin tələblərinə təhsilalanlar tərəfindən riayət edilməsinə məktəbin rəhbərliyinin nəzarət etməsi başadüşülən, geyim formasının qış və yay formalarından ibarət olması isə bəyənilən və təqdir olunandır.
Lakin, əgər geyim formasının üzərində (ön tərəfinin sol yuxarı hissəsində və ya sol qol hissəsinin yuxarı kənar tərəfində) məktəbin emblemi əks oluna bilərsə, məktəblər üçün bu Sənəddə nəzərdə tutulmuş 4 rəngdə geyim formasına, məktəblərin sifarişi əsasında bu Sənədin müvafiq bəndində qeyd edilən rənglərdən və modellərdən istifadə olunmaqla müxtəlif dəstlər hazırlanmasına, geyim forması dəstinin məktəbin Pedaqoji Şurasının qərarı ilə müəyyən olunması kimi əlavə prosedurlara nə ehtiyac var?
Əgər hər məktəb 4 rəng çalarından birini seçəcəksə, bunun nəyi vahid forma olur. Məgər polis, prokuror, hakim, vəkil, və s digər peşə sahiblərinin formalarında ayrı-ayrılıqda rəng müxtəlifliyi var? Yasamal rayon polisi bir rəngdə Nəsimi polisi başqa rəngdə -necə təsir bağışlayar? Olmazmı ki, respublikanın bütün məktəbləri üçün digər peşə sahiblərində olduğu kimi, ümumi rəy nəzərə alınaraq vahid standartlar əsasında vahid formada və vahid rəngdə geyim tətbiq edilsin. Məktəblərini fərqləndirmək istəyənlər isə emblemlərini vursunlar yaxalarına, bununla da iş bitsin getsin.
Bir də ki, il ərzində Respublika üzrə rayon daxili, şəhər daxili və rayonlar, şəhərlər arası bir məktəbdən digər məktəbə yüzlərlə, minlərlə yerdəyişmələr həyata keçirilir. Belə çıxır ki, “tünd-göy” formalı məktəbdən “tünd-boz” formalı məktəbə keçən şagirdə yeni forma alınmalıdır? Geyim forması dəstinin məktəbin Pedaqoji Şurasının qərarı ilə müəyyən olunması və ən azı 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq edilməsi ilə də bağlı müəyyən nüanslar qaçılmaz olacaq.
Hesab edirəm ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” nə yenidən baxılmalı, “geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur” maddəsi dəyişdirilməlidir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar