Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbulda dəyişiklik edilməsinə aydınlıq gətirib.
DİM-dən bildirilib ki, “Dövlət qulluğu haqqında” qanunun 28-1-ci maddəsinə uyğun olaraq dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq növbəti sertifikat almaq üçün Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş dövlət qulluqçuları (10 ildən az qulluq stajı olan dövlət qulluqçuları), onlar daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikat almalıdırlar.
Qeyd edilənlərə əsasən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanında aşağıdakı şəxslər iştirak edə bilər:
Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq;
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan və daha yüksək inzibati vəzifənin tutulmasına iddia edən dövlət qulluqçuları.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanı üçün test nümunələrinin hazırlanması, test imtahanının təşkili, qiymətləndirmənin aparılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 86 nömrəli Qərarı ilə təsdiq edilən “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydaya əsasən test imtahanı dövlət qulluğu vəzifələrinin qrupları üzrə keçirilir.
Müvafiq test imtahanında iştirak edən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 86 nömrəli Qərarı ilə müəyyən edilən keçid balını toplayan şəxsə Mərkəz tərəfindən dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikat (Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikat) verilir. Qanunvericiliyə uyğun olaraq sertifikatın qüvvədə olma müddəti beş ildir.
Müvafiq sertifikatı alaraq dövlət qulluğuna qəbul edilən dövlət qulluqçuları dövlət qulluğu vəzifəsində fəaliyyətlərini davam etdirmək üçün qulluq keçdikləri vəzifənin daxil olduğu altqrupu üzrə müvafiq sertifikat almalıdır.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının aprel-may aylarında keçirilməsi nəzərdə tutulur.
Test imtahanının məzmunu aşağıdakı qaydada müəyyən edilib:
- AB1, AB2, AB3, AB4 və AC1 vəzifə altqruplarına aid inzibati rəhbər vəzifələr üzrə test imtahanında dövlət qulluqçularının qanunvericilik üzrə bilikləri (30 test tapşırığı), məntiqi təfəkkürün səviyyəsi (20 test tapşırığı), dünya görüşü (10 test tapşırığı), mətn təhliletmə bacarığı (10 test tapşırığı) və rəhbər vəzifələrin icrası üzrə situasiya mühakimə bacarıqları (12 test tapşırığı) yoxlanılır;
- AB1, AB2, AB3, AB4 və AC1 istisna olmaqla digər vəzifə altqruplarına aid inzibati rəhbər və icraçı vəzifələr üzrə test imtahanlarında namizədlərin qanunvericilik üzrə bilikləri (30 test tapşırığı), məntiqi təfəkkürün səviyyəsi (20 test tapşırığı), dünyagörüşü (10 test tapşırığı), mətn təhliletmə bacarığı (10 test tapşırığı) və ümumi xarakterli situasiya mühakimə bacarıqları (15 test tapşırığı) yoxlanılır;
- qanunvericilik üzrə bilik səviyyəsi müəyyən edilmiş proqram (əlavə olunur) üzrə hazırlanmış test tapşırıqları əsasında yoxlanılır;
- dövlət qulluqçusunun məntiqi təfəkkürünün səviyyəsi müvafiq proqrama (əlavə olunur) uyğun olaraq hazırlanmış test tapşırıqları əsasında yoxlanılır;
- dövlət qulluqçusunun dünyagörüşünün səviyyəsi ölkədə və cəmiyyətdə baş verən mühüm hadisələrə dair hazırlanmış test tapşırıqları əsasında yoxlanılır. Ümumi dünyagörüşü test blokuna daxil olan Azərbaycan tarixi üzrə test tapşırıqları qədim dövrlərdən müasir dövrədək xalqımızın dövlətçilik ənənələri, Azərbaycan xalqının təşəkkülü və formalaşması, Azərbaycanın məruz qaldığı yad təsirlər və onlara qarşı mübarizə, tarixi proseslərin gedişində ortaya çıxan dövlət qurumlarımız, milli azadlıq hərəkatı, dövlətçiliyimizin bərpası, qorunması, inkişafı, müasir dövrdə Azərbaycanın dünyadakı mövqeyi, ölkənin ümumi inkişafını şərtləndirən amillər, I və II Qarabağ müharibəsi haqqında məlumatları əhatə edir.
Coğrafiya üzrə test tapşırıqları ölkəmizin təbiəti, təbii ehtiyatları, əhalisi, iqtisadi inkişaf meyilləri haqqında coğrafi bilikləri, insan və təbiətin qarşılıqlı əlaqəsini, qlobal problemlər və bunların Azərbaycana təsiri barədə bilikləri əhatə edir.
Mədəniyyəti əhatə edən test tapşırıqları qədim zamanlardan bu günə kimi mədəniyyətimizin keçdiyi tarixi inkişaf yolunu əhatə edir.
Ədəbiyyatı əhatə edən test tapşırıqları namizədlərin müxtəlif ədəbi növdə olan əsərlərin məzmununu, onların xalqımızın inkişafındakı rolunu, taleyüklü hadisə və proseslərə yazıçı mövqeyini özündə əks etdirir.
- dövlət qulluqçusunun mətn təhliletmə bacarıqları verilmiş mətnə dair hazırlanmış suallar əsasında yoxlanılır. Mətn təhliletmə blokunda namizədlərə humanitar, sosial-iqtisadi, elmi-populyar və s. mövzularda mətnlər və onların əsasında suallar təqdim olunacaq. Bu suallarla dövlət qulluqçusunun ona təqdim olunmuş mətndə verilmiş verbal məlumatları anlamaq, ümumiləşdirmək, mücərrədləşdirmək, mətni məntiqi və tənqidi təhlil etmək, məlumatlardan nəticə çıxarmaq, mətnə əsasən verilmiş mülahizələri (mülahizənin doğruluğunu) qiymətləndirmək bacarıqları yoxlanılacaq. Sualların cavablandırılması zamanı yalnız mətndə əks olunan məlumatlara istinad olunmalıdır.
- situasiya mühakimə testi (SMT) işlə əlaqədar situasiyalarda şəxsin müvafiq davranışı müəyyən etmə qabiliyyətini yoxlayır. Bu testə daxil olan tapşırıqlarda namizədə real, hipotetik ssenarilər təqdim edilir və vəziyyətlə əlaqədar ən səmərəli və ya ən səmərəsiz variantı seçməsi, yaxud verilmiş cavab variantlarının səmərəlilik dərəcəsini müəyyən etməsi tələb olunur.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar