Xəbər lenti
"Təhsili siyasi maraqlara tabe etdirmək yolverilməzdir" - Ekspertdən Ukrayna ilə bağlı ŞƏRH
Səbəb olaraq Rusiyanın Ukraynaya təcavüz etməsi qeyd edilib. Bu açıqlamalardan sonra Rusiya diplomlarının xaricdə tanınmayacağı haqqında məlumatlar verilib. lkəmizdən xeyli sayda gənclər Rusiya universitetlərində təhsil alırlar. Həmçinin bizim ölkəmizdə də Rusiyanın bir neçə ali məktəbinin filialları fəaliyyət göstərir..
Belə olan halda bizim bu universitetlərdə təhsil alanlarımızın vəziyyəti necə olacaq? Bu universitetlərdə təhsil alanlarımız üçün risklər varmı?
Məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov açıqlamasında deyib ki, hər hansı bir ölkənin ərazi bütövlüyünü tanımaq, onun suverenliyinə hörmətlə yanaşmaq, haqq savaşına dəstək olmaq ayrı şeydir, təcavüzkar hesab etdiyin ölkənin universitetlərinin hansısa ölkələrdə akreditasiyasını və üzvlüyünü dayandırmaq, bu ölkənin diplomlarının tanınmayacağı barədə qərar qəbul etmək tamam başqa şey. Bu baxımdan dünyada tanınmış bir neçə beynəlxalq universitet assosiasiyalarının Rusiyanın universitetlərinin bu təşkilatlarda akreditasiyasını və üzvlüyünü dayandırmaq haqqında rəsmi açıqlama verməsini, Rusiya diplomlarının xaricdə tanınmayacağı haqqında məlumatlar yaymasını provakasion bir addım kimi də qiymətləndirmək olar. Eyni zamanda bunun gələcəkdə hansı fəsadlara yol aça biləcəyini bəri başdan təxmin etmək də o qədər çətin deyil.
Ekspertin sözlərinə görə, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət yürüdür. Təhsil dövlət siyasətinin tərkib hissələrindən biri olub, dövlətimizin prioritet sahəsidir. Rusiya universitetlərinə qarşı bu məntiqsiz addımların atılması hansısa beynəlxalq güclərin, digər suveren dövlətləri də öz əllərində alətə çevirmək cəhdindən başqa bir şey deyildir. Başqa sözlə bu, dünyadakı ikili standartların növbəti nümunələrindən biridir. Təhsili hansısa siyasi maraqlara tabe etdirmək, bu işdə maraqlı tərəflərin qurbanına çevirmək heç bir halda yol verilə biləcək mövqe ola bilməz:
“Ədalətin yanında olmaq, onun bərpası üçün sanksiyalar tətbiq etməyin xeyli sayda başqa vasitələri, üsulları var. Bizim Rusiya ilə humanitar əməkdaşlıq sahəsində birgə fəaliyyətimizin dərin kökləri və ənənələri var. Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı və təhsilin rus dilində olduğu məktəblərin sayı barədə çox deyilib çox yazılıb. Respublikamızda Moskva Dövlət Universitetinin, Seçenov adına Tibb Akademiyasının filialları fəaliyyət göstərir. Universitetlər səviyyəsində ayrı-ayrı əlaqələr humanitar sahədə inkişafa təkan verir və bu işdə 2015-ci ildə yaradılan Azərbaycan və Rusiya Universitetləri Assosiasiyası xüsusi rol oynayır. Təkcə 2018 –ci ilin statistikasına əsasən Rusiyanın ali təhsil müəssisələrində 15 minə yaxın azərbaycanlı tələbə təhsil alırdı. Bununla yanaşı "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində də Rusiya ali məktəblərinə təhsil almaq üçün xeyli sayda tələbə göndərilib. Rusiyada dövlət hesabına təhsil almaq imkanı qazanan, mübadilə proqramı çərçivəsində təhsil alan tələbələrimiz var. Rusiya Təhsil Nazirliyi ilə təhsil və elm sahələrində birgə layihələrin həyata keçirilməsi barədə müqavilələrimiz də öz yerində. Rusiya vətəndaşı olan azərbaycanlıların da ölkəmizdə təhsil alması üçün heç bir maneə yoxdur”.
Nadir İsrafilov vurğulayıb ki, elə bir qərarın dəstəklənməsi bizim Rusiyada təhsil alan gənclərimiz üçün hansı problemlər yaradacağını düşünmək və bunun hansı fəsadlara yol açacağını təsəvvür etmək yəni, bu qədərmi çətindir? Məsələnin son dərəcə ciddiliyinə açıq gözlə baxılmaması, Ukraynadan təxliyyə olunan tələbələrimiz azmış kimi, hələ Rusiyadan da gələnləri əlavə edəcək olsaq bu universtitetlərimiz, bütövlükdə təhsilimiz üçün astronomik bir rəqəm təşkil edəcəyinin fərqində olmalıyıq:
“Heç də əbəs yerə deyil ki, Avropa Universitetləri Birliyinin Ukrayna ilə bağlı son bəyanatında da göstərilir ki, Rusiyanın bu ölkəyə müdaxiləsi ən sərt şəkildə pislənir. Həmçinin rusiyalı alimlər ilə təhsil və tədqiqat əməkdaşlığının davam etdirilməsinin hazırda məqsədəuyğun olduğu bildirilib”.bakupost
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar