Xəbər lenti
"Ukraynada təhsil alan tələbələrimizin Azərbaycanın ali məktəblərinə transferinə əncam çəkilməlidir"- Nadir İsrafilov
"Nə qədər problemli olsa belə, istənilən halda Ukraynada təhsil alan tələbələrin Azərbaycanın ali məktəblərinə transfer edilməsi ilə bağlı məsələyə əncam çəkilməlidir".
Manevr.az bildirir ki, bu sözləri təhsil eksperti Nadir İsrafilov deyib:
“Problemin kökü isə ondan ibarətdir ki, təxminən hardasa 20 min civarında olan tələbələrin ali məktəblərimizdə yerləşdirilməsi mümkünsüz bir çətinlik yaradır. Çünki, Ukraynada təhsil alan tələbələr arasında dövlət xətti ilə, yəni dövlətlərarası tələbə mübadilə proqramı ilə gedənlər əsasən azlıq təşkil edirlər. Tələbələrin böyük əksəriyyəti öz hesablarına, yaxud da ayrı-ayrı təhsil şirkətlərinin xətti ilə gedənlər, müəyyən qismi isə attestatla qəbul olunanlardır ki, onların da sənədləri bizdə dövlət nümunəli sayıla bilməz. Bir də ki, hadisələrin nə müddətə və hansı istiqamətdə davam edəcəyi hələ ki, məlum deyil. Hesab edirəm ki, məsələ hökumətlərarası razılaşmalar əsasında tənzimlənə bilər“.
Ekspertin qənaətinə görə, o da istisna edilə bilməz ki, müvəqqəti transfer həyata keçirilsin, hadisələr stabilləşdikdən sonra həmin tələbələr öz təhsil müəssisələrinə dönsün. İstənilən halda geniş müzakirələr aparılmalı, məsələnin ən optimal variantı tapılmalıdır. Yəqin ki, təxliyyə olunanlar arasında şagirdlərimiz də az sayda da olsa olmamış deyil. Yəqin ki, soydaşlarımızın təhsillərinin yarımçıq qalmaması üçün bütün mümkün imkanlardan istifadə ediləcəkdir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar