Xəbər lenti
Dünyanın ən yüksək reytinqli universitetləri dövlət proqramına daxil ediləcək - Emin Əmrullayev
Bu il dünyanın ən yüksək reytinqə sahib universitetləri xaricdə təhsillə bağlı dövlət proqramına daxil ediləcək.
Manevr.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev xaricdə təhsilə dair 2022–2026-cı illər üçün Dövlət Proqramı ilə bağlı keçirdiyi brifinq zamanı deyib.
O qeyd edib ki, bu il mərhələli seçim ediləcək.
"İlkin mərhələdə universitetlərin geniş siyahısı olacaq. Daha sonra mayın sonu - iyunda isə kənarda qalan və meyarlara uyğun gələn tələbələrin də dövlət proqram üzrə təhsil alması işinə baxılacaq".
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”ı təsdiq olunub. Hər il 400-ə yaxın tələbənin Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alması planlaşdırılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar