Xəbər lenti
Ali məktəblərdə təhsil haqqının azaldılması təklif olunur

Bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Məruzədə Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsilə görə müəyyən edilmiş məbləğin mümkün qədər aşağı salınması, dövlət sifarişli yerlərin sayının ödənişli ixtisas yerlərinə nisbətdə artırılması təklif edilir.
Eyni zamanda kənd rayonlarında əhalinin sayı az olan yaşayış məntəqələrində yeni məktəblərin, o cümlədən modul tipli məktəblərin tikilib istifadəyə verilməsi və ya mümkün olmadıqda həmin məntəqələrdə yaşayan məktəbli uşaqların yaxınlıqdakı qəsəbə və kənd məktəblərinə dövlət hesabına daşınmasının təşkili, respublikanın müxtəlif regionlarında, müvafiq ərazilərdə və yaşayış məntəqələrində uşaq sayı və tələbat nəzərə alınmaqla, dövlət məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması tövsiyə edilib./apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar