Xəbər lenti
Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Türkiyənin Marmara Universiteti ilə əməkdaşlıq əlaqələrini genişləndirir.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov Marmara Universiteti İlahiyyat fakültəsinin dekanı, professor İsmail Safa Üstün ilə görüşüb.
Görüşdə Azərbaycan İlahiyyat İnstitutu İlahiyyat fakültəsi ilə Marmara Universiteti İlahiyyat fakültəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Hər iki ali təhsil müəssisəsi arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; professor-müəllim heyəti üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilib.
Görüşdə alim və mütəxəssislərin iştirakı ilə konfransların keçirilməsi, pedaqoji heyətin qarşılıqlı münasibətlər qurması, seminarların təşkili haqqında müzakirələr aparılıb. Elmi məlumatların ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı biliklərin bölüşdürülməsi, ali təhsil müəssisələrinin tələbə mübadiləsi və digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, Aİİ xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ali təhsil müəssisəsinin hədəfi tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə dünyanın digər qabaqcıl universitetləri ilə yanaşı, Türkiyə ali məktəblərinin təcrübəsindən yararlanmaq, tələbə mübadiləsi aparmaq, həmçinin ali məktəblər arasında əlaqələrin genişləndirilməsidir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar