Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Məleykə Abbaszadə abituriyentlərə müraciət etdi

Tarix: 25-02-2022 14:37     Baxış: 4188 A- / A+
Məleykə Abbaszadə abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyentlərə müraciət edib.
O xatırladıb ki, Nazirlər Kabineti III ixtisas qrupunda TC və DT altqruplarının yaradılmasını nəzərdə tutan dəyişiklikləri təsdiqləyib.
"TC altqrupuna daxil edilən "Beynəlxalq münasibətlər” və "Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı, coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə ədəbiyyat fənnindən imtahan verəcək”, - o söyləyib.
DİM sədrinin sözlərinə görə, hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən imtahan verməlidirlər: "Abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malikdirlər”.

DİM sədri onu da bildirib ki, valideynlər və abituriyentlər yalnız qurumun rəsmi səhifələrindəki məlumatlara etibar etsinlər. 
M.Abbaszadə qeyd edib ki, sosial şəbəkələrdə bəzən mərkəzin adından yalnış məlumatlar yayılır: "Hər zaman bizə müraciət edib ətraflı və dəqiq məlumat ala bilərsiniz". (report)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar