Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Psixoloqların işə qəbulu üzrə imtahanın vaxtı AÇIQLANDI

Tarix: 23-02-2022 13:29     Baxış: 4425 A- / A+
Psixoloqların işə qəbulu üzrə imtahanın vaxtı AÇIQLANDI
Psixoloqların işə qəbulu üzrə imtahanın vaxtı açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumaat görə, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsi 27 fevral 2022-ci il tarixində keçiriləcək.
İmtahan Bakı şəhəri 20 nömrəli məktəb-liseyin (Yasamal rayonu, Parlament prospekti, 7/11) inzibati binasında təşkil olunacaq.
Psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən 787 nəfər elektron portal vasitəsilə qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra 614 namizədin müsabiqənin test imtahanı mərhələsində iştirakı mümkün hesab edilib. İmtahanın keçiriləcəyi yer və saat barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə göndərilib.
İmtahana buraxılışın, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.
İştirakçı imtahana gələrkən şəxsiyyət vəsiqəsini və COVID-19 peyvənd sertifikatını (və ya immunitet sertifikatı) təqdim etməlidir. Əks halda, namizədin imtahanda iştirakı mümkün olmayacaq.
Müsabiqənin hər hansı mərhələsində elektron ərizədəki məlumatlarla mövcud vəziyyət arasında uyğunsuzluq aşkar edilərsə, namizədlərin nəticələri ləğv olunacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar