Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

İmtahan sualları sosial şəbəkələrdə necə paylaşıldı? (VİDEO)

Tarix: 22-02-2022 09:50     Baxış: 4271 A- / A+
İmtahan sualları sosial şəbəkələrdə necə paylaşıldı? (VİDEO)
Magistratura pilləsinə keçirilmiş qəbul imtahanında təqdim olunan bəzi test tapırıqlarının şəkilləri sosial şəbəkələrdə paylaşılıb. İddia olunur ki, həmin suallar imtahan prosesi zamanı çəkilib. İmtahanlara xeyli sayda nəzarətçinin cəlb olunduğunu, iştirakçıların ciddi yoxlanıldığını nəzərə alsaq, sualların necə çəkildiyini aktuallaşır. Ekspertlər iddia edirlər ki, iştirakçılardan biri ağıllı saatdan istifadə edərək sualları çəkib. Dövlət İmtahan Mərkəzi də məsələyə münasibət bildirib.
Manevr.az xəbər verir ki, öz facebook hesabında sualların fotosunu paylaşan Təhsil eksperti Kamran Əsədov iddia edir ki, həmin suallar smart tipli "ağıllı" saatla çəkilib.
Təhsil eksperti bildirib ki, bu məsələ prosesə cəlb edilən nəzarətçilərlə bağlı müəyyən boşluqların olduğunu deməyə əsas verir.
Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə "Xəzər Xəbər"ə deyib ki, mövcud qaydalara əsasən magistraturaya qəbul imtahanınının iştirakçıları cavab kartı ilə yanaşı, sual kitabçasını da nəzarətçiyə təhvil verməlidirlər.
Fevralın 20-də keçirilən imtahanda 3 nəfər materialların nəzarətçiyə təhvil verilməsi zamanı diqqətdən yayınıb və sual kitabçasını özü ilə aparıb. 1 nəfər isə sual kitabçasının içərisindən bir vərəqi çıxarıb və özü ilə götürüb.
''Bu kimi hallarda həmin şəxslər imtahandan sonra kitabçanın şəklini çəkərək sosial şəbəkələrdə paylaşırlar. Hazırda qeyd olunan məsələlərlə bağlı araşdırma aparılır''-deyə Xanlar Xanlarzadə vurğulayıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar