Xəbər lenti
Bu gündən bu tələbələr dərsə buraxılmayacaq
Bu gündən bütün elm və təhsil müəssisələrinin işçiləri və tələbələr üçün "Peyvənd sertifikatı"na dair yeni tələb qüvvəyə minir.Eyni zamanda fevralın 15-dən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən "Peyvənd sertifikatı" və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən "Əks-göstəriş sertifikatı"nın olması tələb ediləcək. Bu halda yenə də təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələri istisna olacaq.
Qeyd edək ki, fevralın 15-dən COVID-19 sertifikatlarının etibarlılıq müddəti koronavirus əleyhinə peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq. Etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq. yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































