Xəbər lenti
“Azərbaycan Respublikası Təhsil Cəmiyyəti” İctimai Birliyi bu layihəni həyata keçirəcək

“Azərbaycan Respublikası Təhsil Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq evləri və internat məktəblərindən ayrılan gənclərin peşə bacarıqlarının artırılması və işlə təmin olunmasına dəstəyin göstərilməsi” adlı layihə həyata keçirəcəkdir.
Layihəyə əsasən Bakı şəhərində yerləşən Uşaq evləri və İnternat məktəblərindən seçilən iştirakçılar üç ay ərzində müxtəlif bilik və peşə bacarıqlarına yiyələnmək üçün təlim və təcrübə proqramlarına cəlb olunacaqdır. Təlimlərdə əsasən ilkin kompüter bilikləri, mikrosoft ofis proqramları, müəyyən dil bilikləri tədris olunacaq, iştirakçılara psixoloji və hüquqi seminarlar veriləcəkdir. Bundan başqa iştirakçıların istəyinə uyğun olaraq seçdikləri peşələrlə əlaqədar təcrübə proqramları təşkil olunacaqdır.
Daha sonra insan resursları ilə bağlı “CV hazırlama”, “İş görüşməsində müəyyən davranışlar – Bədən dili” və s. mövzularda təlimlər həyata keçirələcəkdir.
Təlimlərin sonunda iştirakçıların əldə etdikləri bilik və peşə bacarıqlarına əsasən işlə təmin olunmasına çalışılacaqdır. Bu istiqamətdə layihə çərçivəsində Azərbaycanda fəaliyyət göstərən özəl və dövlət qurumları ilə əlaqələr yaradılacaqdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar