Sizin Reklam Burada
Xəbər lenti
22-09-2025
21-09-2025
BÜTÜN XƏBƏRLƏR

Gənclərə şad xəbər: dövlət xərcləri qarşılayacaq - VİDEO

Tarix: 04-02-2022 09:55     Baxış: 4232 A- / A+

Qarşıdakı 5 ildə müvafiq dövlət proqramı çərçivəsində ümumilikdə 2000 tələbənin xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında təhsil alması üçün imkanlar yaradılacaq.
Manevr.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov "Xəzər Xəbər"ə deyib.
O bildirib ki, 2022 və 2026-cı illər ərzində dövlət başçısının sərəncamına uyğun olaraq hər il 400 nəfərədək tələbə xüsusilə magistratura səviyysində təhsil almaq üçün xaricə göndəriləcək. Tələbələrin seçimini isə müvafiq komissiya aparacaq.
Seçimlərdən uğurlu keçən tələbələrin xaricdə təhsil alacağı müddətdə maliyyələşməsi dövlət tərəfindən həyata keçiriləcək.

Tural Əhmədov deyib ki, yeni dövlət proqramında ölkə iqtisadiyyatının inkişafı üçün ehtiyac olan prioritet ixtisaslar əsas götürüləcək.
Xaricdə dövlət proqramı çərçivəsində təhsil alacaq şəxslərlə müvafiq öhdəliklərin olacağı müqavilələrin imzalanması da nəzərdə tutulur. Həmin müqavilədə gənclərin təhsillərini bitirdikdən sonra ölkəyə qayıdan zaman işlə təminat məsələsinin də əks olunacağı gözlənilir.










Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar