Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Təhsilimizdə “Hababam Sınıfı”nın “Mahmut Hoca”sına ehtiyac var”

Tarix: 03-02-2022 09:53     Baxış: 4362 A- / A+
Azərbaycanda daha bir direktor şagirdləri döyüb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin direktoru Səidə Şükürova sinifdə şagirdləri çubuqla döyüb.

Qeyd edək ki, paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın da bir müddət əvvəl təhsil ocağında şagirdləri döyməsi barədə məlumat yayılmışdı.

Manevr.az xəər verir ki, yayılan görüntələrlə bağlı “Sherg.az”a danışan təhsil eksperti Nadir İsrafilov hazırkı vəziyyəti məşhur türk filmi “Hababam Sınıfı”na bənzədib.  O bildirib ki, “Hababam Sınıfı”na baxanda, indi orda baş verənlərə şükür edirik:

“Çünki bizim məktəblərdə davam etməkdə olan son olaylar, təlim və tərbiyənin bütün parametrləri üzrə o filmlərdə təsvir olunan hadisələri üstələyib. “Hababam Sınıfı”nda yol verilən sərbəstlik elementləri tərbiyəsizlik və əxlaqsızlıq elementləri ilə əvəz olunub. Görünür, hələ ki, bizim sinfin qarşısına çıxa və kimlərinsə heç olmasa çəkinə biləcəyi “Hababam Sınıfı”nın “Mahmut Hoca”sı kimi bir personajımız yoxdur. Məktəblərimizdə isə müəllimlərin qeyri-pedaqoji, şagirdlərin isə qeyri-etik davranışlarına dair növbəti biabırçı, rəzil videoları gündən-günə tirajlanmaqda davam edir. Direktorun sinifdə şagirdləri çubuqla döyməsi, şagirdlərin spirtli enerji içkisi qəbul etmələri, daha sonra məktəbin idman zalında oynamağa başlamaları, müəllimlə davaya çıxan şagirdin partanı aşırdaraq sinfi tərk etməsindən sonra müəllimənin halının pisləşməsi, daha nələr, nələr... Hətta yeniləri bir yana, neçə illər bundan qabaq çəkilən görüntülər də təkrarən “prokat”a buraxılmağa başlayıb”.

Təhsil eksperti hesab edir ki, cəmiyyətimizdəki bu kimi hallar təkcə məktəb çərçivəsi ilə məhdudlaşmır:

 “Bununla belə, hesab edirəm ki, bu kimi neqativ halların kütləviləşməsini təkcə məktəblə, müəllim-şagird münasibətləri ilə əlaqələndirmək o qədər də ədalətli mövqe olmazdı. Bu artıq sosial xarakterli bir hala çevrildiyindən məktəbdən də yan keçə bilməzdi. Ayrı-ayrı müğənnilərin, iş adamlarının, ölkə üzrə tanınmış şəxslərin ailə, məişət, hətta intim videolarını ki, sosial şəbəkələrdə məktəblilər yaymamışdı və bu “hərəkata” böyüklər kiçiklərdən xeyli əvvəl başlamışdı...?! Vəziyyət artıq məktəb çərçivəsi ilə məhdudlaşmır”.     

N.İsrafilov  müxtəlif qurumların  bu sahədə gördüyü islərdən söz açıb:

“Lakin istənilən halda bu kimi halların baş verməsi məktəbi məsuliyyətdən də azad etmir. Təqdirəlayiq haldır ki, təhsil müəssisələrində şagirdlərin xoşagəlməz davranışları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də nəzarətinə götürülüb. Komitə sədri açıqlamasında deyildiyi kimi bütün qurumlar cəmiyyətə töhfə verməlidir. 

 Nazirlik rəsmiləri tərəfindən yayılan məlumatlara əsasən isə sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi və təkmilləşdirilməsi prosesinə start verilib. 

Digər xəbərə görə, məktəblərdə yaşanan hadisələrin təkrarlanmasının qarşısının alınması məqsədilə şagirdlərin psixoloji pasportlarının hazırlanması işinə başlanılıb. Ölkə Başçısının Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə “Müəllimlər tələbələrə nəinki biliklər verməlidirlər, onları tərbiyə də etməlidirlər. 

Ümumiyyətlə, Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq. Burada zəifliklər, boşluqlar var” kimi iradı, əslində vəziyyətdən təcili çıxış yolu tapmağımız üçün ciddi bir mesajdır”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar