Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda 172 məktəbə Milli Qəhrəman və şəhidlərin adı verilib

Tarix: 27-12-2021 12:51     Baxış: 3267 A- / A+
Bakıda 172 məktəbə Milli Qəhrəman və şəhidlərin adı verilib2021-ci təqvim ilində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin qərarına əsasən, paytaxtdakı 6 ümumi təhsil müəssisəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi qəhrəmanlarının adları əbədiləşdirilib.
Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, Bakı şəhəri 98 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı İlqar Anzor oğlu Mirzəyevin, 47 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Zaur İsmayıl oğlu Nudirəliyevin, 216 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Ramiz Vaqif oğlu Qasımovun, 88 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Elçin Elşən oğlu Mansurovun, 48 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Aydın oğlu Həsənovun, 291 nömrəli Ekologiya liseyinə isə Vətən Müharibəsi Qəhrəmanı Azad Arif oğlu Hümbətovun adı verilib.
Hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindən 172-si Milli Qəhrəman və şəhidlərimizin adını daşıyır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar