Xəbər lenti
Test imtahanının nəticələri AÇIQLANDI
Dekabrın 19-da Dövlət İmtahan Mərkəzi dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirib. İmtahanın nəticələri Mərkəzin saytında yerləşdirilib.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahan vermək üçün qeydiyyatdan keçmiş 1903 namizəddən 32-si imtahana gəlməyib. Bir nəfər mobil telefon, bir nəfər isə köməkçi vəsaitdən (konspekt) istifadəyə cəhd etdiyinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunub.
İmtahanın nəticələrinə əsasən, BA1 altqrupu üzrə 14 nəfər, BA2 altqrupu üzrə 20 nəfər, BA3 altqrupu üzrə 32 nəfər, BA4 altqrupu üzrə 91 nəfər, BB1 altqrupu üzrə 121 nəfər, BB2 altqrupu üzrə 138 nəfər, BB3 altqrupu üzrə 201 nəfər, BB4 altqrupu üzrə 253 nəfər olmaqla, ümumilikdə 870 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikat 5 il qüvvədə olur. Namizəd sertifikatı əldə etmək üçün dekabrın 20-dən 2022-ci il yanvarın 5-dək Mərkəzin portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağı qeyd olunan sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 iş günü müddətində Dövlət İmtahan Mərkəzinə təqdim etməlidir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs bu sənəddə nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizəd qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Əks halda o, müsahibədə iştirak edə bilməz.
İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası dekabrın 20-22-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev, 299

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar