Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Təhsil Nazirliyi samovar və ətçəkən maşın alır - 2 milyonluq müqavilə

Tarix: 09-12-2021 16:41     Baxış: 3256 A- / A+
Təhsil Nazirliyi samovar və ətçəkən maşın alır - 2 milyonluq müqavilə
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi "Simplex” QSC ilə satınalma müqaviləsi imzalayıb. 
Manevr.az xəbər verir ki, maliyyə dəyəri 2.314.414.19 AZN olan müqavilədə "maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınması” nəzərdə tutulub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Simplex” QSC 4 iyun 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Xocalı küçəsi, ev 55, "AGA Center”də yerləşir. QSC-nin qanuni təmsilçisi Fətullayev Elmir Tofiq oğludur.
Açıq mənbələrdə Elmir Fətullayev barədə hər hansı məlumat yoxdur. "Simplex” QSC-yə gəlincə, şirkət rəsmi veb-səhifəsində yazılıb: "Yarandığımız ilk vaxtlarda biz, ölkədə yerləşən təşkilatları ofis ləvazimatları ilə təchiz edirdik. Hal-hazırda biz Asiyadan Avropaya uzanan xarici tərəfdaşlıq hesabına miqyasından asılı olmayaraq sifarişçilərimizi, istənilən  məhsul və xidmətlə təchiz edə biləcək şirkətə çevrilmişik və xidmətimizlə bütün Azərbayca-nı əhatə edirik”. 
Təhsil Nazirliyi ilə şirkətin müqaviləsində ofis mallarından daha çox məişət avandanlıqları var. Məsələn, müqavilədən aydın olur ki, nazirliyə samovar, ətçəkən maşın, dondurucu, soyuducu, otbiçən maşın bu kimi məşişət malları lazımdır. Ümumiyyətlə, müqavilədə ofis ləvazimatları çox azdır. 
Araşdırmalarımız zamanı o da məlum olub ki, bu, Təhsil Nazirliyi "Simplex” QSC-nin ilk sövdələşməsi deyil. Elə bu ilin sentyabrında nazirliklə şirkət arasında 6 milyonluq müqavilə imzalanıb. Həmin müqavilədə isə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması nəzərdə tutulub. 
Maraqlıdır ki, bu müqavilə imzalanarkən QSC-nin 130 min manat vergi borcu olub. "Dövlət satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsi vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir. Amma hansısa səbəblərdən Təhsil Nazirliyinin tenderində "Dövlət satınalmaları haqqında” Qanunun müvafiq maddəsinə əməl olunmayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar