Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Şahlar Əsgərov və Nadir İsrafilova “Firudin bəy Köçərli” mükafatı təqdim edildi -ŞƏKİL

Tarix: 30-11-2021 12:39     Baxış: 3367 A- / A+


Təhsil mütəxəssisləri Şahlar Əsgərov və Nadir İsrafilova “Firudin bəy Köçərli” mükafatı təqdim edildi.
 
 Manevr.az xəbər verir ki,  AzEdu.az Təhsil Portalı, AzEdu Academy və Azərbaycan Təhsil Jurnalistləri Birliyinin təsis etdiyi bu mükafata Şahlar Əsgərov “Təhsil eksperti missiyasının cəmiyyətdə yüksək səviyyədə qorunmasında xidmətlərinə görə” nominasiyası  və Nadir İsrafilov isə “Təhsil xadimi missiyasının cəmiyyətdə yüksək səviyyədə qorunmasında xidmətlərinə görə” nominasiyası üzrə mükafata  layiq görülüb.
 
Görüş zamanı mükafatın təqdim olunması ilə yanaşı, Şahlar Əsgərov və Nadir İsrafilov AzEdu Təhsil Portalının əməkdaşları ilə  təhsilin cəmiyyətdə uğurlu inkişafı istiqamətində hansı addımların atılmasını müzakirə ediblər.
 
Həmçinin, Şahlar Əsgərov təhsilin inkişaf paradiqmaları, yüksəliş meyilləri ilə bağlı maraqlı mülahizələrlə çıxış edib.
 
Nadir İsrafilov isə təhsilin yüksəlişi istiqamətində uğurlu addımların atılmasının vacibliyini bildirib.
 
Qeyd edək ki, “Firudin bəy Köçərli” mükafatının təsis edilməsinin əsas məqsədi təhsilin inkişafında  xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.
 
Manevr.az 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar