Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şagirdlər arasında koronavirusa yoluxmalar artıb? - AÇIQLAMA

Tarix: 21-11-2021 13:35     Baxış: 4204 A- / A+
Şagirdlər arasında koronavirusa yoluxmalar artıb? (AÇIQLAMA)

Şagirdlər arasında koronavirusa yoluxmaların artdığı deyilir, amma rəsmi statistikalar göstərir ki, artım yoxdur.

Manevr.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O, valideynlərə uşaqlarına peyvənd vurdurmağı tövsiyə edib.
"Uşaqlarda hər hansı yanaşı xroniki xəstəlik varsa, ürək, böyrək, şəkər xəstəliyi, artıq çəkidən əziyyət çəkmə ola bilər, belə uşaqlara həqiqətən də peyvənd vurdurmaq tövsiyə olunur. Çünki təcrübələr göstərir ki, həmin uşaqlar risk qrupundadır və xəstəliyi ağır keçirirlər. Digərlərinə də tövsiyə olunur, ancaq birinci növbətə risk qrupunda olan uşaqlara vaksin vurdurulmalıdır. Valideynlər arasında aparılan maarifləndirmə işi də bu istiqamətdə olmalıdır ki, onlar peyvəndin uşağı üçün lazım olduğunu bilsinlər" - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycanın Səhiyyə Nazirliyi 12 yaşdan yuxarı uşaqların koronavirusa qarşı vaksinasiyasına icazə verib. Uşaqların vaksinasiyası könüllü xarakter daşıyır və tibbi göstərişlər, o cümlədən də hər iki valideynin icazəsi əsasında tətbiq edilir. Müvafiq tibbi göstəriş və hər iki valideynin icazəsi əsasında 12-15 yaşlı uşaqlara mRNT Pfizer ("Comirnaty") vaksininin vurulmasına icazə var.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar