Xəbər lenti
Ekspert DİM-in qəraraını pislədi: “Yenilik məntiqsizdir”
Regionşünaslıq və beynəlxalq münasibətlər ixtisasları II qrupdan III-ə keçirilib. Dövlət İmtahan Mərkəzinin (DİM) bu dəyişikliyi etməkdə məqsədi abiturirentlər arasında seçimi çoxaldıb III qrupda rəqabəti azaltmaqdır. Lakin sözügedən ixtisaslara qəbul olmaq istəyən abituriyenlər coğrafiya fənnindən imtahan verməlidirlər.
Bu yenilik valideynlər və abituriyentlər arasında birmənalı qarşılanmayıb. Çünki abituriyentlərin 70 faizi imtahandan sonra balına uyğun hansı ixtisası seçəcəyini müəyyənləşdirir. Belə çıxır ki, III ixtisas qrupunda imtahan verəcək gənclər məcburən 6 fəndən hazırlaşmalıdır. Bu da onlar üçün əlavə yükdür.
Manevr.az-ın xəbərinə örə, təhsil eksperti Ramal Şəmşədli yenisabah.az-a açıqlamasında hələ 15 il öncə coğrafiya fənninin III itisas qrupundan çıxarıldığını deyib: “Xatırladım ki, TQDK-a 15 il əvvəl III ixtisas qupundan coğrafiyanı çıxarıb, riyaziyyat fənnini əlavə etmişdi. Həmin vaxtlarda da bu, böyük müzakirələrə səbəb oldu. Necə ola bilər ki, tarix fakültəsində təhsil alan şəxs riyaziyyatı bilməli, coğrafiyanı bilməməlidir. Belə bir şey ola bilərmi?! Təbii ki, yox. 15 il sonra haradasa səhvə yol verdiklərini anladılar”. Ekspert beynəlxalq münasibətlər ixtisasının II qrupdan çıxarılıb III qrupa keçirilməsinin xəta doğurduğunu söyləyib: “Türkiyədə beynəlxalq münasibətlər III qrupunda yox, II ixtisas qrupunda iqtisadiyyat fakültənin (iqtisadiyyatın idarəedilməsi) tərkibindədir. Regionşünaslığın III qrupa haradasa uyğunluğu var. Onun II-dən çıxarıb III-ə keçirmək olar. Amma beynəlxalq münasibətləri II qrupdan çıxarıb III qrupa keçirmə xəta doğurur”. R.Şəmşədli coğrafiya fənnin əlavə edilməsinin ağır bir yük olduğunu qeyd edib: “Sadəcə regionşünaslıq və beynəlxalq münasibətləri seçənlər coğrafiyadan imtahan verəcəklər. Lakin bir reallıq var ki, abituriyenlərin çoxu imtahan verdikdən sonra bala uyğun ixtisas seçir. Bu da abituriyentin 6 fəndən hazırlaşmalı olduğunu ortaya çıxarır. Topladığı bal uyğun gəlməsə, əbəs yerə hazırlaşmış olacaq. Bu abituriyentlərə ağır bir yükdür. Coğrafiya fənni iki ixtisasa görə əlavə edirlərsə, o zaman həmin ixtisas qrupundan artıq fənlər çıxarılmalıdır. Beynəlxalq münasibətlərdə riyaziyyat niyə olmalıdır? Riyaziyyatdan imtahan sualları asan olsa, abituriyent istənilən halda o fənn üzrə hazırlaşmalıdır. Əgər riyaziyyatdan sıfır alasa, müsbət nəticə saylmayacaq. 5 və 6 fənn ya bütün ixtisaslara şamil olunmalıdır, ya da heç birinə. Onsuz da indiyə qədər 5 fənn yük kimi qiymətləndirilirdi. Maksimum 3-4 fənn olmalıdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar