Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Müxtəlif ölkələrdə təhsil neçə yaşdan başlayır? - SİYAHI

Tarix: 29-10-2021 11:26     Baxış: 4330 A- / A+
Müxtəlif ölkələrdə təhsil neçə yaşdan başlayır? (SİYAHI)
Dünyanın müxtəlif ölkələrində təhsilə cəlb olunma yaşı fərqlidir. Bəzi ölkələrdə uşaqları təhsilə cəlb etmə yaşı beşdən başlayırsa, bir çoxunda təhsil yaşı üç hesab olunur. 

Təhsil eksperti Kamran Əsədov bununla bağlı sosial şəbəkədə paylaşım edib. 

Uşaqlarıın müxtəlif ölkələr üzrə təhsil yaşını təqdim edirik:

Almaniyada 3-6 yaş arası uşaqlar məktəb öncəsi hazırlığa, 6-15 yaş aralığında məcburi təhsilə cəlb edilir.

Avstraliyada isə 3-5 yaş aralığında məktəbəqədər təhsilə cəlb edilən uşaqlar, 6 yaşdan etibarən məktəbə başlayırlar. İbtidai sinfi bitirdikdən sonra, şagirdlər növbəti təhsil səviyyəsi üçün imtahan verməlidirlər.

Çexiyada 3-6 yaş aralığındakı uşaqlar məktəbəqədər, 6-15 yaş aralığında isə onlara ibtidai və orta təhsil ala bilərlər. Orta təhsil almaq şəxsi iradədən asılıdır. Lakin bunun üçün imtahan vermək vacibdir.

Danimarkada 3-17 yaş arası təhsil məcburi və ödənişsizdir. Valideynlər uşaqları üçün istədikləri məktəbləri seçə bilərlər.

Finlandiyada 6 yaşına qədər uşaqlar məktəbəqədər, 16 yaşına qədər isə ödənişsiz zəruri təhsil alırlar.

Fransada 3-6 yaş aralığı üçün məktəbəqədər təhsil alan uşaqlar 6 yaşından sonra zəruri və ödənişsiz oxumağa başlayır. Şagirdlər yaşayış yerlərinə uyğun məktəblərdə təhsil alırlar. 

Hollandiyada təhsil 5 yaşından başlayır. Ondan əvvəl isə, uşaqlara heç bir təhsil verilmir. Uşaqlar 16 yaşına qədər məcburi təhsilə cəlb edilirlər.

İngiltərədə uşaqlar 4 aylıqdan 3 yaşına qədər məktəbəqədər təhsilə, uşaq bağçalarına gedə bilərlər. İngiltərədə 5 yaşında başlayan zəruri təhsil 16 yaşına qədər davam edir. 

İspaniyada 3 ayından başlayaraq, 6 yaşına məktəbəqədər təhsilə cəlb edilən uşaqların məcburi təhsili isə 16 yaşına qədər davam edir.

İsveçdə 1-5 yaş aralığında məktəbəqədər təhsilə cəlb olunan uşaqlar, 16 yaşına qədər isə məktəblərdə ödənişsiz məcburi təhsil alırlar.

İtaliyada 3-6 yaş arası uşaqlar məktəbəqədər təhsilə cəlb olunurlar. 6-14 yaş aralığında isə ödənişsiz və zəruri təhsilə cəlb olunurlar. 

Macarıstanda 3-7 yaşa aralığındakı uşaqlar üçün məktəbəqədər təhsil verilir. 7 yaşında bir illik hazırlıqla başlayan zəruri təhsil 18 yaşında tamamlanır.

Polşada 3-6 yaş aralığındakı məktəbəqədər təhsil alanlar 6-16 yaş aralığında ödənişsiz məcburi təhsil alırlar.

Portuqaliyada 3-5 aralığındakı məktəbəqədər təhsilə cəlb edilən uşaqlar 15 yaşına qədər ödənişsiz zəruri təhsil alırlar. 

Ruminiyada 3-6 yaş arası məktəbəqədər təhsilə cəlb olunan uşaqlar 6-15 yaşa qədər məktəblərdə ödənişsiz məcburi təhsil alırlar. 

Yunanıstanda uşaqlar 3-6 yaş aralığında məktəbəqədər, 6-15 yaş aralığında isə ödənişsiz və məcburi təhsil almalıdırlar.qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar