Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıdakı bəzi təhsil müəssisələri regionlara köçürülməlidir - Ekspert

Tarix: 26-10-2021 14:24     Baxış: 4280 A- / A+


Bakıdakı bəzi təhsil müəssisələri regionlara köçürülməlidir - Ekspert

Bakıdakı bəzi təhsil müəssisələri şəhər ətrafına və ya regionlara köçürülməlidir.
Manevr.az xəbər verir ki, bunu trend-ə açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib. O, məsələnin vaxtaşırı gündəmə gətirildiyini, lakin əməli addımlar atılmasının zəruriliyini ifadə edib: "Bu məsələ birinci dəfə deyil gündəmə gətirilir. Hələ bir neçə il bundan qabaq Qəbələdə ali məktəblər üçün yeni və müasir binaların inşa olunacağı, gələcək plana görə, Bakıda yerləşən bəzi universitetlərin bura köçürüləcəyi barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, Bakının mərkəzindəki ali təhsil müəssisələrinin paytaxtdan çıxarılması nəzərdə tutulub. Hətta, ictimailəşən siyahıda Dövlət Tibb Universiteti, Pedaqoji Universitet, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti və digərlərin adları da yer almışdı. Bildiyim qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ələt, Səngəçal, Zığ, Xocahəsən, Dübəndi, Sumqayıt və Böyükşor ərazilərində yeni ali təhsil müəssisələrinin yaradılması üçün ərazilər ayrılacağı barədə məlumat da yaymışdı. Universitetlərin və ya filialların ayrılmış ərazilərə və nəzərdə tutulan bölgələrə köçürülməsi, yalnız ümumi işimizin xeyrinə olar. Əlbəttə, bəzi təşkilati və texniki məsələlərin operativ, digər zamana bağlı olan məsələlərin isə mərhələli şəkildə həyata keçirilməsi üzərində düşünülməlidir".
Ekspert paytaxtdakı ali təhsil müəssisələrinin regionlara köçürülməsinin həmin bölgələrin inkişafına da müsbət təsir edəcəyini bildirib: "Ölkəmizdə bu kimi layihələrin gerçəkləşməsinin ən böyük xeyiri də regionlardan gələn tələbələrə olacaq ki, təhsil aldıqları ali məktəblərin tələbə şəhərciklərində yerləşərək, əlavə xərc kimi ev pulu verməyəcəklər. Məişət qayğıları azalacaq, yollarda əlavə vaxt itkisi olmayacaq. Yəni, tələbələr şəhər səs-küyündən uzaqlaşaraq daha yüksək səviyəli təhsil ala biləcəklər. Ən əsası da dövlət universitetlərinin regionlara köçürülməsi Bakı şəhərində tıxacın aradan qaldırılmasını təmin edəcək, regionların inkişafını sürətləndirəcək, rayonlarda xidmət sektorunun inkişafını yüksəldəcək, bütövlükdə isə rayonlara diqqətin artmasına səbəb olacaq və yeni iş yerlərinin açılmasına şərait yaradacaq".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar