Sizin Reklam Burada
Xəbər lenti
22-09-2025
21-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda direktor bir gündə 67 müəllimi işdən qovdu - QALMAQAL

Tarix: 01-10-2021 16:48     Baxış: 3270 A- / A+
Bakıda direktor bir gündə 67 müəllimi işdən qovdu - QALMAQAL

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin 67 müəllimi işdən çıxarılıb.

Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, 5-i isə şöbə müdirləridir.

Müəllimlərin işdən çıxarılması ilə bağlı əmri Kollecin direktoru Nərmin Qaralova verib. O birdən-birə bu qədər müəllimi Təhsil naziri Emin Əmrullayevin tapşırığı ilə işdən çıxardığını bildirib. Təhsil Nazirliyinə üz tutan müəllimlərə isə belə bir qərardan nazirin xəbərinin olmadığı bildirilib.

İşlərini itirən müəllimlər bu qərarın heç bir qanuna söykənmədiyini, hüquqlarının pozulduğunu bildiriblər. Onlar baş verən hadisə ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya və Ombudsmana rəsmi müraciət ediblər.

Qeyd edək ki, Kollecin direktoru Nərmin Qaralova sabiq Baş Prokuroru Zakir Qaralovun qohumu kimi tanınır.

Xatırladaq ki, N. Qaralova bir müddət əvvəl tələbəni təhqir etməsi ilə mətbuatın gündəminə gəlmişdi. /bakupost.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar