Xəbər lenti
Nazir xaricdə təhsil proqramında geri qayıtma tələblərindən danışdı
“Proqram hazırlanarkən geri qayıtma tələbləri ilə bağlı yəqin ki, xüsusi diqqətdə saxladığımız məqamlardan biri bu olacaq. Təbii ki bu proqramı qazanan gənclərimizin lotoreyada uduş əldə etmiş şəxslər yox, ölkənin gələcəyi üçün öz peşəkar əmək fəaliyyətini qurmaq istəyən şəxsləri bu proqramın qalibi kimi görmək istəyirik”.
Manevr.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında" Sərəncamla bağlı brifinqdə danışarkən deyib.
E.Əmrullayevin sözlərinə görə proqramda ikinci vacib məsələ seçim prosedurları ilə bağlı olacaq:
“Bizim artıq müəyyən müzakirələrimiz var. Yəqin ki, bir neçə seçim kriteriyaları arasımda ən uyğununun seçilməsi üzərində düşünürük. Burada bir seçim təhsil nazirliyi və yaxud digər aidiyyəti qurumların müəyyən edildikdən sonra bu seçimin aparılması mümkündür. Artıq ali təhsil müəssisəsinin özləri ilə də əməkdaşlıqda bu seçimin aparılması mümkündür. Yəni tələbə artıq həmin universitetə qəbul olursa, universitetə tələbinin qəbul edilməsi ilə bağlı qərarı Azərbaycanda olan qurumlar yox, həmin universitetlər verir. Hətta bir yerə bir neçə azərbaycanlı tələbə qəbul olunursa, onların arasından bizim məhdudiyyət şərtlərinə uyğun olaraq ən uyğunlarının seçilməsi məhz universitet trəfindən də ola bilər.
Ayrı-ayrı birgə komissiyalar modeli də var. Bir çox universitetlərlə birgə komissiyalar müəyyən olunur. Hazırda Macarıstanda, Çində tətbiq etdiyimiz model buna çox yaxındır. İstənilən halda seçim prosesinin şəffaf, çoxtərəfli və bütün maraqlı tərəflərin iştirakı ilə olmasının tərəfdarıyıq”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar