Xəbər lenti
Bəzi universitetlərdə dərslər niyə onlayn keçirilir? - Ekspert aydınlıq gətirdi

Artıq bir neçə gündür, ali təhsil müəssisələri ənənəvi tədrisi bərpa edib. Lakin tələbələr bəzi universitetlərdə dərslərin onlayn təşkilindən narazılıq edirlər. Belə ki, rayondan Bakıya gələnlər tədrisin əyani olmasına baxmayaraq, distant formada keçirildiyini deyir və bu vəziyyətin onlara çətinlik yaratdığını qeyd edirlər.
Manevr.az-ın xəbərinə görə, Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov sfera.az-a açıqlamasında qeyd edib ki, mövcud durum normaldır:
"29 sentyabrdan etibarən ali təhsil müəssisələrində tədrisin ənənəvi başlaması ilə bağlı Nazirlər Kabinetinin qərarı var. Amma burda bir neçə vacib məqam mövcuddur. Ali təhsil müəssisələri tədrisi tam olaraq onlayna keçirə bilməzlər. Amma ən azı 50 faiz tədris prosesi mütləq şəkildə onlayn təşkil edilməlidir – bu mütləq tələbdir”.
Müsahibimiz bildirib ki, xüsusən, tələbə sayı 60-dan çox olan qruplarda heç bir halda ənənəvi tədrisin keçirilməsinə icazə verilmir:
"Həmin auditoriyalar onlayn dərslərə keçməli və ya yarım qruplara bölünərək tədris təşkil edilməlidir. Məsələn, Bakı Dövlət Universiteti vəziyyətdən ən doğru çıxış yolunu tətbiq edib – mühazirələri həftədə iki gün onlayn, digər günlərdə seminarları ənənəvi qaydada təşkil edir. Bizim üçün ən vacib məqamlardan biri tədrisin bərpa edilməsidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar