Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Rus bölmələrini seçənlər sonradan peşman olacaq” – Təhsil eksperti

Tarix: 24-09-2021 17:10     Baxış: 4204 A- / A+
“Rus bölmələrini seçənlər sonradan peşman olacaq” – Təhsil eksperti

"Azərbaycan insanı elə düşünür ki, rus dilində təhsil almağa üstünlük vermək onların karyera yüksəlişinə gətirib çıxaracaq”.

Manevr.az
bildirir ki, bu sözləri sfera.az-a açıqlamasında Təhsil Nazirliyinin 2021-2022-ci tədris ilində Azərbaycanda ümumi sayın 10,4 faizi olmaqla 161.246 min şagirdin rus dilində təhsil alacağının gözlənildiyi bildirməsinə münasibət bildirərkən, təhsil eksperti Kamran Əsədov deyib:

"Digər tərəfdən, mövcud vəziyyətə Azərbaycan dilində tədrisin keyfiyyətinin aşağı olması da öz təsirini göstərib. Azərbaycanda rus bölməsinin abituriyentləri Azərbaycan dilli vətəndaşla müqayisədə ali məktəblərə daha yaxşı qəbul oluna bilir. Bu amil də valideynləri övladlarını rus dilli məktəblərə qoymağa meylləndirir. Başqa bir tərəfdən, təəssüf ki, Azərbaycan bölməsində rüşvət, bayramlarda pul yığılması kimi neqativ hallarla rastlaşırıq. Rus bölməsində isə bunlar yoxdur”.

Həmsöhbətimiz qeyd edir ki, rus bölməsində oxuyan uşaqlar gələcəkdə özləri üçün ən yaxşı halda ancaq Rusiya bazarlarında, restoranlarda iş tapacaqlar:

"Bəzi insanlar səhv olaraq düşünür ki, rus bölməsində oxumaqla övladları daha istedadlı olacaq. Bəziləri də bu qənaətdədir ki, rus dilini bilməklə Lermontovu, Dostoyevskini originalda oxuyacaqlar. Amma yaxşı baxsalar görəcəklər ki, son illər rusdilli ölkələrdən Nobel mükafatı alanlar yoxdur. Bəzən də valideynlər zənn edir ki, rus dilində oxuyan uşaqlar daha rahat şəkildə iş tapacaqlar. Ancaq onlar Rusiya bazarlarında, restoranlarda ofisiant olaraq iş tapacaq. İndiki zamanda dünyaya çıxış üçün ingilis dilini bilmək rus dilini bilməkdən qat-qat vacibdir. Bu il rus bölməsi üzrə birinci sinifə 16 min uşaq qəbul olunubsa da, 5 ildən sonra onların 50 faizi Azərbaycan bölməsinə keçəcək. Nəticədə həmin uşaqlar tədrisdən geri qalacaqlar. Çünki bu ailələrdə valideynlər rus dilində bilmədiklərindən övladlarına dərsləri mənimsəməkdə yardım əlini uzada bilmirlər”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar