Xəbər lenti
Sədr müavini rus dilində təhsilin ləğvinə hiddətləndi: “Qəti əleyhinəyəm”
Manevr.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.
Belə ki, Təhsil naziri Emin Əmrullayev Gəncə şəhərinə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən qarşıdakı tədris ili ərzində rus bölmələrində təhsil alan şəxslər üçün Azərbaycan dili fənninin dərs saatlarının artırılacağını qeyd edib. Bu, da sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. Onların bir çoxu rus bölməsində verilən təhsilin keyfiyyətindən narazılıq ediblər.
Nadir İsrafilov məsələylə bağlı fikirlərini bildirib:
“Biz bir çox halda “millilik”lə “millətçi”liyin yerini səhv salırıq. 2021-2022-ci tədris ilində 15 min nəfərdən çox şagirdin rus bölməsinə gedəcəyi və təhsil almaq üçün 30.000 min nəfərin də müraciət etməsi barədə statistik məlumatlar gündəmə gəlib.
Bəlkə də, son iki on illikdə təhsilimizlə bağlı ən çox gündəmə çıxarılan və birmənalı qarşılanmayan mövzulardan birinin məhz rus dilinin tədrisi ilə bağlı olduğunu desəm yanılmaram.
Qanunvericiliymizə əsasən, valideynlər övladları üçün dil seçimini etməkdə sərbəstdirlər. Azərbaycan dili bizim dövlət dilidir və bunu hamı bilməlidir. Təlimi rus dilində olan məktəblərdə Azərbaycan dilinin tədrisinin zəifliyi barədə əsassız iddialar isə heç də o demək deyil ki, bunun səbəbkarı məhz rus dilidir. Dünyanın hər bir ölkəsində müxtəlif dillərdə məktəblər var. Digər tərəfdən, Azərbaycan tolerantlıqda dünyaya nümunə göstərilir, multikulturalizm dəyərlərini təşviq edir.
Azərbaycanda təhsil alan 1,5 milyon şagirddən 130 min nəfərinin rus bölməsinin payına düşməsi heç də ona əsas vermir ki, “ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı”, “rus bölməsi ləğv olunmalı”, “rus bölmələrində təhsil ödənişli olmalı”, “rus məktəbləri özəlləşdirilməli” kimi fikirlər irəli sürülsün”.
Sədr müavini məsələni siyasiləşdirməyə ehtiyac görmür:
“Artıq bir çox MDB ölkələri, o cümlədən, Ermənistan, Gürcüstan, Baltikyanı ölkələrdə rus bölməsi təhsildən çıxarılıb” kimi məntiqsiz ibarələr nə deməkdir, provakasion müqayisələr nəyə hesablanıb? Halbuki, nümunə kimi göstərilən bu ölkələr bütün dünyada tarixən millətçi mövqeləri ilə tanınıblar. Bir də ki, milli düşüncə dillə yox, qanla-genlə keçir.
Biz nədənsə, bir çox halda “millilik”lə “millətçi”liyi qarışıq salırıq və ya bu iki anlayışın fərqinə varmırıq. Millətçilik tək bir milli kimlik yaratmağı və ya həmin kimliyi davam etdirməyi hədəfləyən bir cərəyan olduğu halda, təhsilin vacib məsələlərindən biri isə milli dəyərlərimizi bəşəriyyətə, bəşəri dəyərləri xalqımıza çatdırması, eyni zamanda milli dəyərlərimizin bəşəri dəyərlər səviyyəsinə qaldırmasıdır. Təhsil qanununda deyildiyi kimi Azərbaycan Respublikasının təhsil sistemi milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanır, demokratik xarakter daşıyır.
Qaldırılan istənilən məsələ statistika baxımından nə qədər diqqət çəkən olsa belə, məsələni siyasi müstəviyə keçirib, hökm və ittiham xarakterli açıqlamalar vermək son dərəcə ziyanlı və təhlükəli tendesiya olub, ölkələr arasındakı münasibətlərə təsirsiz ötüşməyə bilməz. Yəni, başqa sözlə desək, rus dilində təhsilin ləğvi barədə təklifi irəli sürərkən digər fəsadlar bir yana, heç omasa onu fikirəşirikmi ki, belə bir addımın atılması sıx tarixi ənənələri ilə bağlı olan iki qonşu dövlət arasındakı münasibətlərə necə təsir göstərə bilər?”.
Nadir İsrafilov çıxış yolu kimi bir sıra təkliflər irəli sürür:
“Bəlkə, rus dilinə yerli-yersiz hücumlar əvəzinə, ümumilikdə rus dili ilə bağlı yaranan vəziyyətin nədən qaynaqlandığı barədə düşünmək daha faydalı ola bilər... Bəlkə, rus bölməsi ilə müqayisədə Azərbaycan bölməsindəki müəllimlərimizin peşəkarlıq səviyyəsinin qaneedici olmamasında nəsə bir həqiqət var? Bəlkə, bunun başlıca səbəbi həqiqətən də Azərbaycan bölməsində tədrisin səviyyəsinin valideynləri lazımınca qane etməməsidir? Bəlkə bir səbəb də öz ana dilimizdə kifayət qədər tələb olunan ədəbiyyatin olmaması, mövcud tərcümələrin qüsurlu olması, rus dilində olan ədəbiyyatların hələ də dominantlıq etməsidir? Bəlkə, əksər qurum və şirkətlərin işə qəbul olunanlar qarşısında rus dilini mükəmməl bilmək tələbi qoymasıdır? Bəlkə, bunun əsas və başlıca səbəblərindən biri bir çox elit ailələrin dəb xatirinə ailədə və məişətdə rus dilində danışığa üstünlük verməsidir?
Bəlkələr çoxdur. Yəni vəziyyət bir çox təbii və süni proseslərin ciddi araşdırılmasını tələb edir. Təbii proseslərin qarşısını süni yollarla almaq isə əlavə fəsadlara yol aça bilər. Buna görə də gəlin çalışaq hər hansı bir fikir irəli sürəndə, açıqlama verəndə, müəyyən təşəbbüsdə bulunanda sadəcə olaraq bir az diqqətli olaq, bunu təkcə gündəmə gəlmək xatirinə etməyək. Problemi qaldırarkən səbəb-nəticə əlaqələrinə biganə yanaşmaq, nəticəni qabardıb, səbəblərdən yan keçmək təhsilin hansısa bir probleminin həlli deyil, təhsilə əlavə problem yaratmaqdır. Bu kimi açıqlamalar kimlərəsə özü üçün dividend qazanmaqdan başqa bir şey deyil. Bir məqamı da nəzərə alaq ki, bizim elmimizin, mədəniyyət və incəsənətimizin inkişafında, elmi-siyasi kadrlarımızın yetişməsində və digər sahələrin formalaşdırılmasında rus dilinin rolunu və müstəsna əhəmiyyətini inkar etmək ən yaxşı halda belə ədalətsizlikdən başqa bir şey olmazdı.
Hesab edirəm ki, Təhsil naziri Emin Əmrullayevin sözügedən məsələ ilə bağlı son açıqlamasının əlavə şərhə ehtiyacı yoxdur: “Hər bir xalqın, millətin dili onun mədəniyyətinin, milli kimliyinin böyük bir hissəsidir. Azərbaycan dili dövlət dili kimi bütün məktəblərdə tədris edilir. Bu ildən rus bölməsində dilimizin tədris saatları 2 dəfə artırılacaq. “Zəfər tarixi” Azərbaycanca tədris ediləcək. Bu, o anlama gəlməməlidir ki, biz başqa dillərdə tədrisin aparılmasına qarşıyıq. Əksinə, ölkəmizdə rus, gürcü, özəl məktəblərdə ingilis dillərində tədrisin təşkilini təhsil sistemimizin uğuru hesab edirik. Təbii ki, bu uğurumuzdan geri çəkilmək niyyətimiz yoxdur
Ona qalsa, hazırda ingilis dilində uşaq bağçaları da fəaliyyət göstərir. Bu uşaqların gələcəkdə istər millilik baxımından, istərsə də adət-ənənələrimizi qorumağı baxımından necə vətəndaş kimi yetişməsini hər kəs proqnozlaşdıra bilər”.
Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar