Sizin Reklam Burada
Xəbər lenti
22-09-2025
21-09-2025
BÜTÜN XƏBƏRLƏR

Universitetlərdə bu dərslərin onlayn keçirilməsi təklif olundu - RƏSMİ

Tarix: 17-09-2021 16:37     Baxış: 3188 A- / A+
Universitetlərdə bu dərslərin onlayn keçirilməsi təklif olundu - RƏSMİ

"Pandemiyanın davam etdiyini nəzərə alaraq ali təhsil müəssisələrində auditoriyalarda çox sayda tələbənin olmasının əleyhinəyik. Biz aidiyyəti ali təhsil müəssisələrinin təklif verməsini gözləyirik. Alternativlər universitet rəhbərlikləri ilə müzakirə olunur".
Manevr.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elmi, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli açıqlamasında deyib.

Şöbə müdirinin sözlərinə görə, təkliflər təxminən ondan ibarətdir ki, mühazirə dərslərində auditoriyada tələbələrin sayı çoxdursa bu halda həmin dərslər onlayn keçirilsin: "Yaxud da bir çox universitetlər təklif edir ki, təhsil növbəli şəkildə olsun. Belə olan halda onlar hesab edir ki, auditoriyada böyük kütlənin toplanmasının qarşısı alınacaq. Ona görə də bu işi böyük ehtimalla, təbii ki, Təhsil Nazirliyi ilə razılaşdırmaq şərti ilə universitetlərin öz öhdəsinə buraxacağıq ki, təklif etdikləri həll yollarını icra etsinlər".

O həmçinin xatırladıb ki, ali və orta ixtisas təhsil müəssisələrində ənənəvi tədrisin təşkili qaydaları ilə bağlı yaxın günlərdə Nazirlər Kabinetinin mövcud "Xüsusi karantin rejimi dövründə tədrisin təşkili ilə bağlı qərarına dəyişikliyin qəbul edilməsi gözlənilir./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar