Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Əfqan tələbələr Azərbaycanda təhsil ala biləcəklərmi?

Tarix: 17-09-2021 13:35     Baxış: 3185 A- / A+
Əfqan tələbələr Azərbaycanda təhsil ala biləcəklərmi?

"Hazırda Əfqanıstanın müvafiq qurumları ilə Azərbaycana qəbul olan əfqan tələbələrin ölkəyə necə gələcəyi məsələsini araşdırırıq".

Manevr.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyib.

Şöbə müdiri xatırladıb ki, orada sərhədlər bağlıdır, səfirliklərin çoxunun da fəaliyyəti məhdudlaşdırılıb: "Əfqan tələbələrin bir hissəsi ölkəmizdədir. Amma bizi daha çox maraqlandıran yeni qəbul olunan tələbələrin aqibətidir. Misal olaraq, Azərbaycan Dillər Universiteti 10 yeni əfqan tələbə cəlb edibsə, onlar ölkəyə necə gələcək? Hazırda Əfqanıstan Azərbaycanla sərhədi açıq olan 42 ölkə sırasında deyil. Biz hətta Afrikanın hansısa ölkəsindən qəbul olan 1 tələbənin də gəlməyində maraqlıyıq, çünki xarici tələbənin cəlb edilməsi eyni zamanda investisiyadır. Çünki burada yaşayır, pul xərcləyir. Bu kontekstdə hələ ki, bizə dəqiq məlumat verilməyib. Bilmirik ki, onlar gələ biləcək, ya yox, gəlsə, hansı şərtlərlə gələcək və nə vaxt gələcək. Ona görə də biz gözləmə mövqeyindəyik".

O, eyni zamanda, Azərbaycandan Əfqanıstana təhsil almaq üçün gedən tələbənin olmadığını da əlavə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar