Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Təhsil ekspertindən təklif: "Qəbul imtahanları ixtisaslar üzrə aparılmalıdır"

Tarix: 12-09-2021 21:46     Baxış: 3173 A- / A+
Təhsil ekspertindən təklif: "Qəbul imtahanları ixtisaslar üzrə aparılmalıdır"

Nazirlər Kabinetinin qərarına əsasən II ixtisas qrupunda “Beynəlxalq münasibətlər” və "Regionşünaslıq (regionlar üzrə)” ixtisasları ləğv edilib. Həmin ixtisaslar III ixtisas qrupuna keçirilib. Maraqlıdır, bu təhsilin keyfiyyətinə necə təsir edəcək?

Manevr.az-ın məlumatına görə, mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən təhsil eksperti Elşən Qafarov hesab edir ki, bu düzgün qərar deyil:

“Mən öz fikrimdə qalıram, Dövlət İmtahan Mərkəzinin (DİM) qrup imtahanlarının formatı doğru deyil. Azərbaycan gənci dünyanın ən şanssız gəncidir ki, bu qrup imtahanları ilə hansı ixtisası, hansı qrupu seçməyindən asılı olmayaraq arzuladığı, hazırlaşdığı, hədəf tutduğu peşəyə çata bilmir. DİM-də struktur dəyişikliyi olmalıdır”.

Təhsil ekspertinin fikrincə, qəbul imtahanları konkret olaraq ixtisaslar üzrə aparılmalıdır: “Bu qərar əslində toplanılanların yerini dəyişəndə cəm dəyişmir prinsipidir. Nəticə etibarı ilə gənclərin peşə seçimində böyük dəyişiklik etməyəcək. Dəyişiklik etmək istəyiriksə, DİM qruplar üzrə imtahanları ləğv etməli və ixtisaslar üzrə imtahanlara keçid etməlidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar