Xəbər lenti
Əlavə buraxılış imtahanının nəticələri elan olunub

Sentyabrın 9-da keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə əlavə buraxılış imtahanı və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.
Manevr.az xəbər verir ki, şagirdlər imtahan nəticələri ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərlər.
Bundan əlavə, mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də nəticələri öyrənmək mümkündür.
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticəsi:
//eservices.dim.gov.az/2021/netorta/?frm=egov
Azərbaycan dili (dövlət dili kimi) üzrə imtahanının nəticəsi:
//eservices.dim.gov.az/2021/netazd/?frm=egov
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticəsinin isə yaxın 4 gün ərzində elan olunması nəzərdə tutulur.
Nəticəsi elan olunan imtahanlarla bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 13 sentyabr tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 11-13 sentyabr tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar