Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ali məktəblərdə əyani tədrislə bağlı müəyyən limit tətbiq edilməsi nəzərdə tutulur" - Sədr müavini

Tarix: 08-09-2021 13:49     Baxış: 4224 A- / A+
Ali məktəblərdə əyani tədrislə bağlı  müəyyən limit tətbiq edilməsi nəzərdə tutulur" - Sədr müavini

“Əsas odur ki, uzun sürən intizara son qoyuldu, çoxlarını maraqlandıran suallara aydınlıq gətirildi. Ən başlıcası isə böyük əksəriyyətin arzu və istəyinə uyğun olaraq tədrisin ənənəvi formada başlanmasına kollegial qərar verildi.”

Manevr.az xəbər verir ki, bu sözləri azedu az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

“Hesab edirəm ki, bu qərar bu gün üçün ən optimal variantdır. O ki, qaldı tədrisə başlanmasına niyə sentyabrın 15-i deyil, məhz 22-si və 29-una qərar verilməsinə, bu, sözü gedən məsələyə mərhələli keçidin təmin edilməsi ilə bağlı məsələdir. Bir də ki, tədrisin bir-iki həftə geriyə çəkilməsi, müddət baxımından elə də bir mahiyyət daşımır, lakin bu ertələnmənin proseslərin gedişatını izləmək, müvafiq təhlillər aparmaq və növbəti qərarlar qəbul etməyə hazırlıq baxımından böyük mənası və əhəmiyyəti var.

Ənənəvi tədrisə başlanılması, heç də əyani təhsilin bütün il boyu davamlı və dayanıqlı olacağı barədə kimlərdəsə arxayınçılıq yaranmasına əsas vermir. Hər şey mətbuat konfransında da xüsusi olaraq vurğulandığı kimi vaksinasiyadan, təhsil müəssisələrində sanitar-epidemioloji qaydalara və digər təhlükəsizlik normalarına necə riayət olunmasından asılı olacaq. Yoluxmanın səviyəsinə müvafiq olaraq lokal yanaşma tətbiq oluna bilər, ayrı-ayrı siniflərin distant təhsilə cəlb olunması, ayrı-ayrı məktəblərin müvəqqəti qapanması da istisna olunmur. Bu kimi halların qarşısının alınması üçün, orta ümumtəhsil məktəblərində müəyyən məhdudiyyətlər, ali məktəblərdə müəyyən limit tətbiq edilməsi nəzərdə tutulur. Yəqin ki, yaxın vaxtlarda ictimailəşəcək “Qaydalar”da bütün bu məqamlar öz əksini tapacaq.

Ümumiyyətlə götürdükdə isə, belə qərarın qəbul edilməsi gözlənilən idi. Çünki, dayanıqlı təhsilə Nazirliyin mövqeyi həmişə pozitiv olub. Nazirin də açıqlamalarının birində qeyd etdiyi kimi “Pandemiya dövründə insan inkişafını dondura bilmərik. Ona görə də təhsilin dayanıqlı formada təşkili təmin edilməlidir. Çalışmalıyıq ki, sosial-iqtisadi və digər amillər şagirdlərin təhsil almalarına təsir göstərməsin”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar