Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Peşə təhsili üzrə elektron tələbə qəbulunun ikinci mərhələsi başlayır

Tarix: 01-09-2021 15:14     Baxış: 3161 A- / A+
Peşə təhsili üzrə elektron tələbə qəbulunun ikinci mərhələsi başlayır

Sentyabrın 2-dən 2021-2022-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan yerlər üzrə tələbə qəbulunun ikinci mərhələsinə start veriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, müraciətlər platforma üzərindən ödənişsiz qaydada aparılır.

Boş qalan yerlərə sənəd qəbulu 6 sentyabr saat 23:59-dək davam edəcək. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.


Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun birinci mərhələsində uğurlu nəticə göstərməyən şəxslər ikinci mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər.

Boş qalan yerlər üzrə müraciət imkanı ikinci mərhələdə iştirak etməyənlər üçün də açıq olacaq.

Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.

Tələbə qəbulu prosesində hər şəxsə maksimum beş ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar