Xəbər lenti
I qrupda bəzi ixtisasların keçid balları aşağı düşə bilər - DİM

“Bu il I ixtisas qrupunda 600 baldan yuxarı nəticə göstərənlərin sayı bu il 29 nəfər daha çoxdur”.
Manevr.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, keçən il 600-dən yuxarı bal toplayan şəxslərin sayı 611 nəfər idisə, bu il 640 nəfərdir:
“Həmin yüksək reytinqli ixtisaslarda daha gərgin vəziyyət yarana bilər.
500 baldan yuxarı nəticə göstərənləri müqayisə etsək görərik ki, mənfi rəqəm var, yəni 9 nəfər azalıb. Bu sıra ilə aşağı düşəndə görürük ki, 200 baldan yuxarı nəticə göstərənlərin sayı ötən illə müqayisədə 75 nəfər azalıb. 150 baldan yuxarı nəticə göstərənlərin sayı isə 321 nəfər azalıb. Beləliklə I qrupda keçid balları 500-600 olan yox, daha aşağı keçid balı olan ixtisaslarda ola bilsin ki, bir az aşağı düşəcək”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar