Xəbər lenti
"Tədrisin davamlılığını təmin etmək üçün müəllim də, valideyn də vaksin olunmalıdır" - RƏSMİ
“Əsas məsələ bundan ibarətdir ki, tədrisin davamlılığını təmin etmək üçün müəllim də, valideyn də vaksin olunmalıdır deyə düşünürük. Bu, təhlükəsizlik və zərurət məsələsidir. Vaksin olunmuş müəllim sinif otağında daha rahat dərs keçəcək, eyni zamanda valideyin də özünü daha rahat hiss edəcək, uşaqla münasibətdə onun yoluxma ehtimalı aşağı düşəcək”.
Manevr.az bildirir ki, bunu ölkə.az-a açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov "valideynlər vaksinasiyadan keçməyəcəyi təqdirdə övladları məktəbə buraxılmayacaq" iddiasına münasibət bildirərkən deyib.
“Məktəb rəhbərliyi və ya müəllimlər tövsiyə edə bilərlər ki, valideynlər koronavirusa qarşı vaksin olunsunlar. Çünki bu, onların təhlükəsizliyi üçün, davamlı məktəbə getmək üçün, əlaqəni itirməmək üçün lazımdır. Yəni bu baxımdan ola bilər. Amma kimsə kimisə zorla aparıb COVID vaksini vurdura bilməz. Deyilə bilər ki, “hörmətli şagird, sənin davamlı təhsil almağın üçün valideyninin də vaksinasiya olunmağına ehtiyac var”. Bu, zərurət məsələsidir. Gedib koronavirus vaksini vurdurursunuz və daha rahat həyat sürürsünüz, dərslər də davamlı olur", - o bildirib.
Valideynlər və müəllimlərin vaksinasiyası nəticəsində həyatımızın normala dönəcəyini deyən C.Valehov məsələni böyütməyə ehtiyac olmadığını deyib:
“Kiminsə məktəblərə valideynlərin vaksin olunması barədə göstəriş verdiyini, valideyni vaksin olunmayan şagirdlərin tədrisə buraxılmayacğını demək, bunu şişirtmək doğru deyil. Valideyni vaksin olunmayan şagirdlərin məktəbə buraxılmaması ilə bağlı tapşırıq verilməyib, belə bir şərt qoyulmayıb. Bu, ancaq tövsiyə oluna bilər”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar