Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Təhsil Nazirliyindən şagirdlərin X sinfə qəbulu ilə bağlı məlumat

Tarix: 16-08-2021 10:50     Baxış: 4224 A- / A+
Təhsil Nazirliyindən şagirdlərin X sinfə qəbulu ilə bağlı məlumat

Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üçün şagirdlərin X sinfə qəbulu ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, ümumi orta təhsil səviyyəsini bitirən və müvafiq təhsil sənədi (ümumi orta təhsil haqqında attestat, ümumi orta təhsil səviyyəsini xarici ölkədə bitirmiş şagirdlər üçün ümumi orta təhsil haqqında attestatın ekvivalenti hesab edilən təhsil sənədi) alan şagirdlər X sinfə qəbul edilə bilərlər.

Bildirilib ki, övladının ümumi orta təhsil səviyyəsini bitirdiyi məktəbdə X sinfə qəbul olunmasını istəyən valideynlər 18 avqust 2021-ci il tarixinədək ümumi orta təhsil haqqında attestat əlavə olunmaqla məktəbin direktoruna ərizə ilə müraciət etməlidirlər.

Övladının ümumi orta təhsil səviyyəsini bitirdiyi məktəbdə deyil, digər məktəbdə X sinfə qəbul olunmasını istəyən valideynlər (qanuni nümayəndə) bu halda 25 avqust 2021-ci il tarixindən 10 sentyabr 2021-ci il tarixinədək "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin "Şagird yerdəyişməsi” alt sistemi vasitəsilə (www.sy.edu.az) X sinfə qəbul üçün seçdikləri məktəblərə sorğu verməlidirlər. Digər məktəbdən gələn şagirdin X sinfə qəbulu zamanı onun əvvəl oxuduğu məktəbdə öyrəndiyi xarici dil mütləq nəzərə alınır. Övladının digər xarici dil tədris olunan məktəbin X sinfinə qəbulu ilə bağlı valideynin proqram təminatındakı sorğusuna yaşadığı (köçdüyü) ərazidə şagirdin əvvəl öyrəndiyi xarici dil tədris edilən başqa tam orta məktəb olmadığı halda razılıq verilir.

Ümumi orta məktəbləri bitirən şagirdlərin valideynləri (qanuni nümayəndə) övladlarının tam orta təhsil səviyyəsi üzrə təhsilini davam etdirmək istədikləri halda 25 avqust 2021-ci il tarixindən 10 sentyabr 2021-ci il tarixinədək "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin "Şagird yerdəyişməsi” alt sistemi vasitəsilə ( www.sy.edu.az) X sinfə qəbul üçün seçdikləri tam orta məktəblərə sorğu verməlidirlər.

Xarici ölkələrdə ümumi orta təhsil səviyyəsini bitirib müvafiq təhsil sənədi almış şagirdlərin valideynləri övladlarının X sinfə qəbulu üçün 25 avqust 2021-ci il tarixindən etibarən 10 sentyabr 2021-ci il tarixinədək "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin "Şagird yerdəyişməsi” alt sistemi vasitəsilə (sy.edu.az) seçdikləri məktəbə sorğu verə bilərlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar