Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İstər diaqnostika, istər sertifikasiya həmişə olmalıdır- Təhsil eksperti

Tarix: 14-08-2021 19:26     Baxış: 4265 A- / A+
İstər diaqnostika, istər sertifikasiya həmişə olmalıdır- Təhsil eksperti

“Bəzi müəllimlərin narahatçılıq keçirməsinə və narazılıq bildirməsinə elə də ciddi səbəb görmürəm”

“Yaşlı və orta nəslin nümayəndələri yəqin xatırlamamış deyillər ki, müəllim əməyinin qiymətləndirilməsi və onların maddi və mənəvi stimullaşdırılmasına yönəlik mexanizmlərin tətbiqi, heç də yeni məsələ olmayıb, sovet dönəmindən bəri tətbiq olunan bir prosedurdur. O zamanlar keçirilən attestasiyanın nəticələrinə əsasən müəllimlərə rəğbətləndirmə vasitəsi kimi ali, I, II və III kateqoriyalı dərəcələr belə verilərdi. Məsələn, ali kateqoriyalı müəllimin əmək haqqı 1-ci kateqoriyalı müəllimdən, 1-ci kateqoriyalı müəllimin əmək haqqı isə, II kateqoriyalı müəllimdən yüksək olur”.

Manevr.az xəbər verir ki, bu sözləri editor.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov deyib.

O, bildirib ki, müəllimlərin son attestasiyası 1994-cü ildə keçirilib:

“1999-cu ildə dövlət komissiyası tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqram“ına “rəhbər və pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, əmək haqqının ödənilməsinə differensial yanaşmanın tətbiqinə lazımı diqqət yetirilməməsi” barədə müddəalar daxil edilmiş və bunun həll olunacağı müddətlər belə müəyyən olunmuşdu. Belə ki, bununla əlaqədar Nazirlər Kabineti “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” 23 may, 2001-ci il tarixli, 97 №-li qərar da vermişdi”.

Təhsil ekspertinin sözlərinə görə, Təhsil Nazirliyin 21 oktyabr, 2002-ci il tarixli, 987 №-li əmrinə əsasən, təhsil sistemində fəaliyyət göstərən rəhbər və pedaqoji kadrların attestasiyasının keçirilməsi ilə əlaqədar bütün hazırlıq və sənədləşmə işlərinin dekabr ayına qədər yekunlaşdırılması, əvvəlcədən müvafiq qaydada təsdiq olunmuş qrafiklər əsasında 2003-cü ilin yanvar ayından etibarən başlanılması nəzərdə tutulmuşdu:

” “Proqram”da attestasiya nəzərdə tutulsa da, onun tətbiqi üçün olduqca mürəkkəb, uzun proseduralar tələb olunduğundan reallaşması mümkün olmadı.Məhz buna görə də “Təhsil haqqında Qanun”a müvafiq dəyişikliklər və əlavələr təklif olundu. Attestasiya Diaqnostik qiymətləndirmə ilə əvəz olundu. Əslində Diaqnostik qiymətləndirmə bir növ attestasiyaya hazırlıq mərhələsi kimi nəzərdə tutulmuş, bununla bağlı dəfələrlə rəsmi bəyanatlar da verilmişdi. Məsələ ondadır ki, 2014-cü ildən başlayaraq müəllimlərin böyük əksəriyyətinin bu prosesə cəlb olunmasına baxmayaraq, Diaqnostik qiymətləndirmə heç də hamı tərəfindən birmənalı qarşılanmadı, bu prosedurun mükəmməl olmamasından şikayətlənənlər də az olmadı. Nəticə olaraq, belə qərara alındı ki, “Əmək Məcəlləsinin 66-cı (attestasiya olunmayan işçilər) maddəsinə əlavə edilən yeni bəndə əsasən, dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlər attestasiya olunmayacaq. Sənədə təklif edilən yeni dəyişikliyə görə müəllimlər sertifikasiyadan keçiriləcək. Yeni dəyişikliyə görə, ölkəmizdə dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq”.

Nadir İsrafilov qeyd edib ki, “Təhsil haqqında” qanuna edilmiş dəyişiklikdən irəli gələrək, 2018- ci ildə Nazirlər Kabineti tərəfindən qaydalar təsdiq edilib: “Sertifikasiya prosedurunun başlanması və ilkin sınaqların edilməsi və müəllimlərimizin daha hazırlıqlı formada prosesə qatılması təxminən payız aylarının sonuna planlaşdırılmışdı. Oktyabr-noyabr aylarından etibarən prosesə start vermək və daha geniş formada Sertifikasiyanın həyata keçirilməsi, 2021-ci ildə davam etdirilməsi nəzərdə tutulurdu.Ləngimələrin səbəbi əsasən pandemiya ilə izah olunur. Nazirin də son açıqlamalarının birində qeyd etdiyi kimi, “Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq yox, onları daim inkişafda saxlamaqdır. Birinci il keçməyən müəllimlər, il ərzində ikinci dəfə sertifikatlaşdırmadan keçə bilər. Sertifikasiyada yaş həddi də nəzərə alınacaq. İşə yeni qəbul olan müəllimlər 5 il sertifikasiya olmayacaqlar, yuxarı yaş həddində olan müəllimlər də yəqin ki, ilk mərhələdə sertifikatlaşdırmadan keçməyəcəklər. Prosesə cəlb olunacaq pedoqoji heyət üçün sınaqlar keçiriləcək. Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır. İstər diaqnostika olsun, istər attestasiya və ya sertifikasiya – qiymətləndirmə olub və olmalıdır. Bəzi müəllimlərin narahatçılıq keçirməsinə və narazılıq bildirməsinə elə də ciddi səbəb görmürəm”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar