Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan dili fənni üzrə növbəti imtahan keçiriləcək

Tarix: 12-08-2021 10:17     Baxış: 3211 A- / A+
Azərbaycan dili fənni üzrə növbəti imtahan keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə növbəti test imtahanı keçiriləcək.

DİM-dən verilən məlumata görə, imtahanda aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (şagirdlər) iştirak edəcəklər:

Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları;

Ümumi orta (9 illik) orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilmiş imtahanda iştirak edərək qeyri-məqbul qiymət alan və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari ilin abituriyentləri;

Daha əvvəl keçirilmiş imtahanlarda iştirak edərək qeyri-məqbul qiymət alan və ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari və əvvəlki illərin abituriyentləri.

İştirakçılar buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməli və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim olunmalıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar