Sizin Reklam Burada
Xəbər lenti
15-05-2024
14-05-2024
BÜTÜN XƏBƏRLƏR

İmtahanlarda ən yüksək balı onlar topladı -Siyahı

Tarix: 10-08-2021 17:46     Baxış: 4174 A- / A+
İmtahanlarda ən yüksək balı onlar topladı -Siyahı

Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 27-28 iyul 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 11 nəfər - Qubadlı rayonu Çaytumas kənd orta məktəbi, Bakı şəhəri 217 və 297 saylı orta məktəblər, Sumqayıt şəhəri 11 saylı orta məktəb (2 nəfər), Sumqayıt şəhəri “İstedad” liseyi (humanitar və təbiət-riyaziyyat təmayüllü), Şəki rayonu 18 saylı şəhər orta məktəbi, Quba rayonu Bağbanlı kənd orta məktəbi, Xırdalan şəhər 2 saylı orta məktəbi, Şirvan şəhəri 1 saylı şəhər orta məktəbi, Qazax rayonu 1 saylı şəhər orta məktəbin məzunları göstəriblər.

Sumqayıt şəhəri 11 saylı orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə 697,1 bal toplayıb və bu nəticə I ixtisas qrupu üzrə ən yüksək baldır.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 400 bal toplayan 2 nəfər – Cəbrayıl rayonu Sirik kənd orta məktəbi və Quba rayonu Rustov kənd orta məktəbinin məzunları göstəriblər.

Cəbrayıl rayonu Sirik kənd orta məktəbinin (Ə.Veysəlov adına) məzunu hər iki mərhələnin cəminə görə 692,5 bal toplayıb və bu nəticə IV ixtisas qrupu üzrə ən yüksək baldır.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar