Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Müəllimlər 25 il iş stajından sonra 100 faiz əməkhaqqı ilə təqaüdə çıxmalıdırlar - Ekspert

Tarix: 03-08-2021 08:43     Baxış: 4430 A- / A+
Müəllimlər 25 il iş stajından sonra 100 faiz əməkhaqqı ilə təqaüdə çıxmalıdırlar - Ekspert


Yaşı yuxarı olan müəllimlər əmək müqaviləsinin müddəti uzadılmadan birmənalı şəkildə yüksək əməkhaqqı ilə təqaüdə göndərilməlidirlər.
Manevr.az bildirir ki, bunu trend-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O, tədrisə gənc və daha çevik kadrların cəlb olunmasına ehtiyac olduğunu diqqətə çatdırıb: "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, yaşı 65 olmuş şəxslər tədris müəssisəılərində çalışmanın son yaş həddində olurlar və onlarla bağlanan müqaviləyə xitam verilir. Düzdür, məcəllədə bəzi tələblər var ki, əgər həmin müəllim əməkdar müəllimdirsə, dərslik müəllifidirsə və ya orden və medalları varsa, onlara müəyyən güzəştlər tətbiq edilərək, bağlanmış müqavilə uzadıla bilər. Dünya təcrübəsinə əsasən, qeyd edə bilərik ki, bir çox hallarda yaşı yuxarı olan müəllimlərin, təbii ki, kifayət qədər təcrübəli olsalar belə, müasir İKT bacarıqları çox aşağı olur. Kompüterdən, müəyyən proqram təminatlarından yüksək səviyyədə istifadə edə bilmirlər. Ona görə hesab edirəm ki, birmənalı şəkildə orta ümumtəhsil məktəblərində gənc kadrlara üstünlük verməliyik. Çünki onlar daha çevikdirlər, yeniliklərə açıqldırlar və bunu tətbiq edirlər. Mütləq şəkildə "Təhsil haqqında" qanuna, Əmək Məcəlləsinə dəyişiklik etməliyik".

Ekspert, həmçinin bildirib ki, müəllimlikdə də xüsusi xidmət orqanlarında və digər sahələrdə olduğu kimi, iş stajı müəyyən vaxt çatanda bitməlidir: "Hesab edirəm ki, 25 il iş stajından sonra müəllimlər 100 faiz əməkhaqqı ilə təqaüdə çıxmalıdırlar. Bu, həm gənclərin işlə təmin olunma imkanlarını artıracaq, həm də təhsilin inkişafına müsbət təsir göstərəcək. Bu gün qəbul imtahanlarına baxanda görürük ki, müəllimlərin işə qəbulunda 60 mindən çox insan iştirak edib və onların sadəcə 8 mini işlə təmin olunub. 50 mindən çox gəncimiz əllərində diplom olsa da, müsabiqə şərtlərini ödəsələr də, lazımi sayda vakant yer olmadığı üçün işləyə bilmirlər. Müəllimlərin dərs saatları ilə bağlı da islahatlar aparılmasına ehtiyac var. Düşünürəm ki, müəllim 12 saat dərs deyib, minimum 500 manat əməkhaqqı almalıdır. Bu, onların həm iş yükünün azalmasına, həm də təhsilin keyfiyyətli olmasına xidmət edəcək. Yaşlı müəllimləri saxladıqca, görürük ki, buraxılış və qəbul imtahanlarının nəticələri o qədər də ürəkaçan olmur. Şagirdlər müasir İKT ilə bağlı zəruri bilikləri həmin müəllimlərdən ala bilmirlər. Düzdür, yaşı çox olan müəllimlərin təcrübələri böyükdür. Biz onlardan yararlanmalıyıq, lakin təhsil sistemində vahid dərslik olduğuna görə, bunu yaşından asılı olmayaraq hər bir insan tədris edə bilər. Hər dörd ildən bir dərslik siyasəti də dəyişir və bununla da ayaqlaşmaq lazımdır. Bu baxımdan, tədris prosesinə gənc, daha çevik və daha yenilikçi gənclərin cəlb olunması məqsədəuyğun olardı".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar