Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Təhsil Nazirliyi imtahan suallarının çətin olduğunu təsdiqlədi

Tarix: 27-07-2021 15:15     Baxış: 3115 A- / A+
Təhsil Nazirliyi imtahan suallarının çətin olduğunu təsdiqlədi

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən namizədlərin narazılığı ilə bağlı məlumat yayıb.

Manevr.az
xəbər verir ki, məlumatda Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, 5 iyul tarixindən etibarən baş tutmuş müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş sualların elmi-statistik təhlili aparılıb.

O qeyd edib ki, aparılmış elmi-statistik tədqiqat çərçivəsində müxtəlif fənlər üzrə 5,040 test tapşırığı əhatə olunmaqla sualların məzmun xüsusiyyətləri, çətinlik dərəcəsi, diskriminasiya əmsalı təhlil edilib: “12 iyul tarixində keçirilmiş ibtidai sinif, 23 və 26 iyul tarixlərində keçirilmiş Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilmiş test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib. Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək.

Qeyd edilən tarixlərdə imtahanlarda iştirak etmiş namizədlər üçün təkrar imtahan imkanı da yaradılacaqdır. İmtahanlarda iştirak könüllü xarakter daşıyır. Təkrar olaraq imtahanlarda iştirak edən namizədlərin vakansiya seçimi mərhələsində son imtahan nəticəsi nəzərə alınacaq.

Müəllimlərin işə qəbulu müsabiqəsində ədalətli rəqabət mühitinin qorunub saxlanılması Təhsil Nazirliyinin əsas məqsədidir.

Qeyd edək ki, təkrar imtahan vermək arzusunda olan namizədlər 28 iyul saat 11:00-dan 30 iyul saat 23:59-dək şəxsi səhifəyə daxil olaraq “müraciət et” butonuna klikləməklə qeydiyyatdan keçərək təkrar imtahanda iştirak edə bilər”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar