Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransının materialları çap olunub - ŞƏKİL

Tarix: 26-07-2021 17:59     Baxış: 3137 A- / A+
“Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransının materialları çap olunub - ŞƏKİL

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə keçirilən “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransının materialları çap olunub.

Kitabda filologiya elmləri doktoru, professor İmamverdi Həmidovun, professor Nəsrulla Məmmədovun, filologiya elmləri doktoru Nəsib Göyüşovun, fəlsəfə üzrə elmlər doktoru Zəkiyyə Əbilovanın, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayevin, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlının, filologiya üzrə fəlsəfə doktoru, dosent Əsmətxanım Məmmədovanın və digər tanınmış alimlərin ilahiyyat və şəqrşünaslıq elmlərinə aid məqalələri çap olunub.
“Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransının materialları çap olunub - ŞƏKİL

Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov konfrans materiallarına yazdığı ön sözdə qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransının mərhum akademikin irsinin ilahiyyatçı və şərqşünaslar tərəfindən bundan sonra da layiqincə davam etdirilməsi, həmçinin görkəmli alimin həyat və yaradıcılığına həsr olunacaq yerli və beynəlxalq konfransların təşkilinə mühüm töhfə verəcəyinə inanırıq.

Qeyd edək ki, Vasim Məmmədəliyev 1981-1991-ci illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin dekanı, 1991-1992-ci illərdə BDU-nun humanitar fakültələr üzrə prorektoru, həmçinin 1991-ci ildən Ərəb filologiyası kafedrasının müdiri, eyni zamanda, 1993-cü ildən İlahiyyat fakültəsinin dekanı

vəzifələrində çalışıb. 27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutu Himayəçilər Şurasının üzvü olub.

Akademik V.Məmmədəliyev 13 oktyabr 2019-cu ildə dünyasını dəyişib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar