Xəbər lenti
Rezidenturaya qəbul imtahanının ikinci cəhdi üçün qeydiyyat başladı
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı başlayıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, qeydiyyat iyulun 16-dan 22-dək internet vasitəsi ilə aparılır.
İyun ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən namizədlər təkrar imtahanda (2-ci cəhddə) iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (60 AZN) əlavə edib mərkəzin internet saytına daxil olmaqla qeydiyyatdan keçirlər.
İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən namizədlər də bu imtahanda iştirak edə bilərlər.
Məlumat üçün qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının ikinci cəhdi avqustun dördündə, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının isə sentyabr ayında keçirilməsi planlaşdırılır.
Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) namizədlər buraxılır.
İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
2020-ci ildə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və rezidenturaya qəbul olunmaq hüququna malik olan, lakin 26 may – 4 iyun tarixlərində ərizə qəbulunda iştirak etməmiş namizədlər də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (ikinci mərhələ) iştirak edə bilmək üçün iyulun 16-dan 22-dək ərizə verə bilərlər.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin üçüncü kursunu tam bitirmiş (semestr imtahanlarını müvəffəqiyyətlə vermiş) tələbələr də buraxılırlar.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi beş il müddətində qüvvədə qalır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar