Xəbər lenti
İmtahan sualını zaldan çıxarmaq istəyən müəllimin nəticəsi ləğv olundu

Gəncə şəhər 16 nömrəli tam orta məktəbdə iyul ayının 13-də saat 09:00 seansında riyaziyyat fənni üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanında namizədlərdən birinin sualları imtahan zalından çıxarmağa cəhd göstərdiyi müəyyən olunub.
Manevr.az Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, aparılan videomüşahidə nəticəsində namizədin Göygöl rayonu Qırıxlı kənd tam orta məktəbin riyaziyyat müəllimi Gülnar İmranova olduğu müəyyənləşdirilib, imtahan nəticəsi ləğv olunub və barəsində müvafiq cəza tədbiri görüləcək.
Qeyd olunub ki, imtahan rəhbəri Gəncə şəhər 37 nömrəli tam orta məktəbin direktoru Nail İmranov və məsul nəzarətçi şəxs imtahan mərkəzindən kənarlaşdırılıb və barələrində müvafiq cəza tədbirləri görüləcək: "Nəzərinizə çatdırırıq ki, müsabiqənin keçirildiyi dövr ərzində hər il test imtahanı mərhələsində imtahan seansları üzrə yeni sual setləri təqdim olunur və seanslar arası imtahan setlərində tapşırıqlar məzmun etibarilə bir-birindən tamamilə fərqlənir".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar