Xəbər lenti
Ən zəif göstəricisi olan universitetlərimiz - STATİSTİKA

2020-ci ildə dövlət ali təhsil müəssisələri arasında dövlət sifarişi ilə tələbə qəbulunda magistratura üzrə ən zəif nəticə Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Naxçıvan Müəllimlər İnstitutuna məxsusdur. Bu ali təhsil müəssisələrində dövlət sifarişi üzrə ayrılan yerlərə qəbul faizi 20-dən aşağı olub.
Manevr.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov 2020-ci il üzrə magistratura səviyyəsinə qəbulun statistikasını açıqlayıb.
Ekspert bildirib ki, dövlət sifarişi ilə təhsil almaq hüququ qazanan bakalavrlardan heç biri Bakı Xoreoqrafiya Akademiyası və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almaq istəməyib. 2020-ci ilin magistratura imtahanlarının nəticələri Bakı Avrasiya Universiteti, Bakı Qızlar Universiteti, Bakı Biznes Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının yüksəkhazırlıqlı bakalavrlar arasında heç bir nüfuza malik olmadıqlarını göstərib.
Maraqlısı odur ki, 2020-ci ildə dövlət sifarişi ilə təhsil almaq hüququ qazanan bakalavrlar bu təhsil müəssisələrində də təhsil almaq istəməyiblər.
2020-ci ildə yüksək nəticə göstərən 99 bakalavr müsabiqə nəticəsində öz istəkləri ilə müxtəlif özəl ali təhsil müəssisələrinə qəbul olub. Bu gənclərin 50 nəfəri (50.51%) təhsilini Xəzər Universitetində davam etdirmək istədiyini bildirib./redaktor.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar