Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Təhsil naziri: "Qəbul zamanı testə düşən bəzi suallar bizi narahat edir"

Tarix: 29-06-2021 12:14     Baxış: 4287 A- / A+
Təhsil naziri: "Qəbul zamanı testə düşən bəzi suallar bizi narahat edir"

"Azərbaycan təhsilinin qarşısında duran vacib çağırışları həll etmək baxımından “Ali təhsil haqqında” qanun layihəsi mühüm əhəmiyyət kəsb edir".

Manevr.az-ın xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin müzakirələri zamanı deyib.

Nazir bildirib ki, ali təhsilin əlçatanlığı, bərabər imkanların əldə edilməsi diqqətdə olan məsələlərdir: "Bundan başqa, qəbul zamanı testə düşən suallarla bağlı bəzi məqamlar bizi narahat edir".

O qeyd edib ki, Azərbaycanda artıq yaradılmasının 100 illiyini qeyd edən ali təhsil sistemi mövcuddur: "Bu baxımdan ənənələrimiz və bizə qalan miras var. Amma həyat sürətlə inkişaf edir və yenilikləri də özü ilə gətirir. Biz yeni qanun layihəsini ortaya qoymaqla təhsilin pillələri və səviyyələri anlayışlarından imtina etmirik. Təhsilimizdə təsnifat mütləq lazımdır”.

Təhsil naziri vurğulayıb ki, burada üç əsas məqam var: "Belə ki, qanun layihəsinin böyük hissəsi ənənələrə söykənir. Tədqiqatlar, araşdırmalar, mütəxəssislərin rəyləri məsələnin ikinci tərəfidir. Bir də məsələnin emosional tərəfi var. Seçim zamanı əsas hədəf şəffaflığın təmin olunmasıdır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar