Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı məktəblərində işə qəbul üzrə imtahanın vaxtı bəlli oldu

Tarix: 21-06-2021 11:51     Baxış: 4183 A- / A+
Bakı məktəblərində işə qəbul üzrə imtahanın vaxtı bəlli oldu

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsi 24-25 iyun 2021-ci il tarixlərində keçiriləcək.


İdarədən bildirilib ki, imtahanlar Bakı şəhəri 220 nömrəli məktəb-liseyin (ünvan: Nizami rayonu, Elşən Süleymanov 120 A. "Neftçilər” metro stansiyasının yaxınlığı) inzibati binasında təşkil olunacaq.

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 1 146 şəxs http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra 778 namizədin müsabiqənin test imtahanı mərhələsində iştirakı mümkün hesab edilib.

I mərhələnin (elektron ərizələrdə qeyd edilmiş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu, eyni zamanda müsabiqənin keçirilmə yeri və vaxtı barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər (012) 599-12-22 (daxili 60-22; 60-24; 60-28) nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.

İmtahana buraxılışın, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.

İştirakçı imtahana gələrkən şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Əks halda, namizədin imtahanda iştirakı mümkün olmayacaq. Həmçinin imtahanda iştirak etmək üçün iştirakçının öz iş nömrəsini bilməsi zəruridir.

Müsabiqə ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün iştirakçılara şəxsi kabinetlərini mütəmadi izləmələri tövsiyə edilir.

Müsabiqənin hər hansı mərhələsində elektron ərizədəki məlumatlarla mövcud faktiki vəziyyət arasında uyğunsuzluq aşkar edilərsə, namizədlərin nəticələri ləğv ediləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar