Xəbər lenti
36 min şagird bu il məktəbi bitirə bilmir
2010-2011-ci tədris ilində orta məktəbə getmiş şagirdlərin 35 min 782 nəfəri orta təhsili tam başa vura bilmir.
Manevr.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, bu, həmin dövrdə orta məktəbə getmiş şagirdlərin təqribən 30%-ni təşkil edir:
"Təhsil Nazirliyinin açıqlamasına görə, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 min 69 nəfər şagird bitirəcək. Bu məzunlar 2010-2011-ci tədris ilində orta məktəbə ilk dəfə qədəm qoymuş şəxslərdir. Rəsmi məlumatlar göstərir ki, həmin tədris ilində ölkə üzrə 1-ci siniflərə gedən şagirdlərin sayı 119 min 851 nəfər olub. Göründüyü kimi, 2010-2011-ci tədris ilində orta məktəbə getmiş şagirdlərin təqribən 30%-i və ya 35 min 782 nəfəri orta təhsili tam başa vura bilmir. Bu şəxslərin bir hissəsi 9-cu sinfi bitirdikdən sonra orta ixtisas və peşə təhsilinə üz tutsalar da, tam orta təhsili ala bilməyənlər kifayət qədərdir".
Ekspert bildirib ki, gender təhlilini aparsaq görərik ki, vəziyyət oğlanlarda nisbətən pisdir. Məsələn, oğlan şagirdlərin 18 min 873 nəfəri (29,3%) tam orta təhsil almadığı halda, qızlarda bu göstərici 16 min 909 nəfərdir (30,5%).
"Nazirliyin digər açıqlamasına görə, bu il IX sinifləri 131 min 227 nəfər bitirəcək. Bu siniflərin şagirdləri 1-ci sinifə 2012-2013-cü ildə gediblər və həmin vaxt onların sayı 135 min 425 nəfər olub. Nəticədə 4 min 198 nəfər 9-cu sinifi bitirə bilməyib. Bunların 2261-i oğlanların, 1937-i qızların payına düşür", - deyə o əlavə edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar